• 30-apr-2020, 22:58

Uşaqlarda bud - çanaq oynağı müayinəsi niyə vacibdir?

 
Xüsusilə də ailə üzvlərində bud- çanaq oynağı probleminin olması, çanaq gəlişi ilə doğum, qız bəbək,əkiz doğulan körpələr, əyriboyunluluqla doğulan körpələr, ayaqda hər hansı anomaliya ilə doğulan körpələr bud- çanaq oynağı displaziyasına görə risk qrupu körpələrdir ki, onların hər müayinəsində bud çanaq oynağı diqqətli yoxlanılmalıdır.

Anadangəlmə bud çanaq oynağı probleminin olub olmadığını müəyyən etmək üçün körpə 1 ay tamamında (ən gec 4 aya qədər) bud- çanaq oynağının ultrasəs müayinəsi (uzi), 6 aydan sonra da bud- çanaq oynağı rentgeni edilməlidir. Problem aşkarlanarsa körpə ortopedə yönləndirilməlidir.
Mütləq nəzərinizə çatdırmalıyam ki, ilk aylarda edilmiş bud- çanaq oynağı müayinəsinin normal olması bizi arxayın etməməli, körpənin müayinəsində 1 yaşa qədər oynaqlar diqqətli yoxlanılmalıdır. Çünki, bu problem anadangəlmə olduğu kimi sonradan da yarana bilər. Sonradan bu problemin yaranmaması üçün aşağıdakı önləmlər mütləq alınmalıdır:

- Körpələrin BƏLƏNMƏMƏSİ! ( sizi bələkdə baxıblar o demək deyil ki, düz ediblər)
- Körpənin ayaqlarından tutub sallanmaması ( bəzi massajistlər bunu edir, olmaz! Sağlam uşağı massaj etdirib ayağını çıxaran az görməmişik)
- Körpəni qucaqda daşıyanda ayaqların aralı tutulmasına çalışmaq.
- Ayağın sərbəst hərəkətinə mane olan sıx geyimlər və ya örtük istifadə edilməməsi.
- Həkim müayinəsində ayağı dartıb boy ölçməyə cəhd etməmək vacibdir.
 Əgər körpənin çanağında problem varsa, özbaşına karset alıb geyindirmək, 2 pampers taxıb “müalicə” etməklə zaman itirmək olmaz, mütləq ortopedə getmək lazımdır.

loading...

Həmçinin oxuyun