- 01-noy-2016, 23:07
ANADANGƏLMƏ BUD-ÇANAQ OYNAĞI DİSPLAZİYASI
Uşaqlarda,xüsusilədə qız uşaqlarında sıx rast gəlinən,vaxtında diaqnoz qoyulmasa qalıcı fəsadlara səbəb olan xəstəlikdir.
Əlamətləri:Bir ayaq digərindən uzundursa,Bir ayaq digərinə nisbətən az hərəkətlidirsə,ayağı diz oynağında bükdükdən sonra diz səviyyələri fərqlidirsə,yeriyən uşaqlarda axsama hiss edilərsə mütləq travmotoloqa müraciət etmək lazımdır.Digər əlamət ayaqlarda büküş uyğunsuzluğudur.Büküş uyğunsuzluğu hər zaman bud çanaq oynağında çıxıq göstəricisi olmasa da mütləq şəkildə mütəxəssis müayinəsini gərəkdirən bir vəziyyətdir.
KÖRPƏLƏRİ BƏLƏMƏK BUD ÇANAQ OYNAĞI ÇIXIĞI ÜÇÜN ƏN BÖYÜK RİSKDİR
Belə ciddi bir patologiyanı vaxtında aşkarlamaq üçün Yenidoğulan hər bir körpəyə rutin olaraq Bud-çanaq oynağı Ultrasəs müayinəsinin edilməsi çox əhəmiyyətlidir.Çıxıq vaxtında aşkarlanarsa müalicəsi üçün ağır oynaq əməliyyatlarına ehtiyac qalmır.Körpəsinə bu müayinəni etdirməmiş valideynlər gecikdirmədən körpəni bud-çanaq ultrasəs müayinəsindən keçirsinlər.
İxtisasca travmotoloq olmasamda bu mövzuda yenə də təəsüfləndirici vəziyyətlərlə tez-tez qarşılaşdığım üçün bu məqaləni sizlərlə paylaşmaqda əsas məqsədim,yalnış yerə qoyulmuş bu diaqnoza görə yenə də körpələrin bəzi mənasız müdaxilələrə məruz qoyulmasıdır.
UŞAĞIN BUD-ÇANAQ OYNAĞINDA "ŞARİK"ƏMƏLƏ GƏLMİYİB!!! Bu "diaqnozla" aylarla "karset" geyindirilən və çox əziyyət çəkən körpələr gördük.Halbuki bu hal tamamən fiziolojidir və oynaq başı qığırdağı zamanla sümükləşdiyində "şarik" əmələ gələcəkdir.Heç bir müalicə tələb etmir!
Bundan başqa bud çanaq oynağı displaziyası diaqnozu adı altında "Karset" kimi tanıdığınız müalicəvi vasitələrdən istifadə önərilmir.Bundan basqa "cox bez geydirmek" yontemi de mualicevi effekt vermir.
Bir sözlə hörmətli valideynlər rutin müayinədən sonra körpənizdə belə bir problem aşkarlanmışsa müalicə üçün işini bilən mütəxəssisə etibar etməniz tövsiyyə olunur.Fürsətdən istifadə edib,Kontrolumda olan bu cürə yalnış diaqnozlara görə boş boşuna "karset" geyindirilən uşaqların əslində heç bir problemi olmadığını aşkarlamaqda bizə kömək edərək, daim məsləhətini əsirgəməyən i həmkarım Dr.Vusal İsmayilova təşəkkürümü bildirirəm.Sağlam olun.
loading...