• 01-noy-2016, 23:10

UŞAQLAR VAXTINDA YATMAYINCA

 
GEC SAATLARA QƏDƏR BÖYÜKLƏRLƏ TV QARŞISINDA ZAMAN KEÇİRMƏK,QEYRİ-DÜZGÜN YUXU REJİMİ, UŞAQLARIN SAĞLAM SİNİR-PSİXİ VƏ FİZİKİ İNKİŞAFINA OLDUQCA MƏNFİ TƏSİR GÖSTƏRİR.


Vaxtında yatmayan uşaqlar fiziki inkişafdan-boy,çəki geri qalır,əsəbi, narahat və iştahsız olurlar.Uşaqlar rejimlə qidalandırıldığı kimi,rejimlə də yatızdırılmalıdır.Uşaq üçün normal yuxu saatı 20-00 (yayda 21-00) keçməməlidir! Çünki uşaqlarda böyümə hormonu sintezi ən pik həddə saat 22-00 ilə 5-00 arası və gündüz 12-13-00 arası çatır.Bu saatlarda uşaqlar yuxuda olarsa böyümə hormonu qanda normal həddə olar və belə uşaqlar normal inkişaf edər,immunitetləri möhkəm olar və tez-tez xəstələnməzlər. Ciddi səbəblər olmadan uşaqların yuxu saatı gecikdirilməməlidir.Vaxtında yatması üçün uşaqları yatmazdan öncə yedirmək,oyun oynamaq,televizor və komputer şüalarından uzaq tutmaq,hər gün yatmazdan əvvəl yataq hazırlıqlarını təkrar etməklə yuxuya uşağı psixoloji hazırlamaq lazımdır.Uşaqlarda rejimlə qidalandırma və yatızdırmanın əhəmiyyətini dərk etmək lazımdır.Bundan başqa gecə qidalandırmaları üçün tez-tez oyanan uşaqlar,böyümə hormonu sintezi dayandığı üçün boy və fiziki inkişafdan geri qalır.Buna görə də ilk 6 aydan sonra uşaqlar gecə qidalandırılmamalıdırlar!Bu qaydalara riayət etməyən valideyn irəlidə,"Bu uşaq niyə iştahsız oldu?" "Bu uşaq niyə yuxusuz və əsəbidir?"Bu uşaq niyə yaşıdlarından zəif və boydan geri qalır?" "Bu uşaq niyə yaddaşsızdır?" kimi suallarla üz-üzə qalacaqdır.SAĞLAM OLUN!

loading...

Həmçinin oxuyun

Şərhlər 4

Gultekın (Üye)
Salam hekım.menım qızım 11 cı ayındadır.gece 3 defe yemeye qalxır..bes onu nece tergıde bılerem
Gunay (GunayResulova.Com)
Salam Gultekin xanım axırıncı yeməyi saat 24 dədoyunca yedizdirin və bir müddət gecə oyansada yemək verməyin

Salam Gultekin xanım axırıncı yeməyi saat 24 dədoyunca yedizdirin və bir müddət gecə oyansada yemək verməyin
Seda (Ziyaretçi)
Salam.menim qizim esebi olub basin vurur butun gun yere bir neyise elinnen alan kimi.1 yas 1 ayliqdir.hekimler deyrlerki bu vaxtinda 10 dan cox soz demelidir ama qizim demir oz dilinen daniwir butun gun.gece 11 de yatir onnan tez yatanda gece durur oturur oynama.ne ede bilerem hekim komeyinize ehtiyacim var.
Aycan (Ziyaretçi)
Həkim salam,qızım 6cı ayındadır,gündüz yaxşı yatmır,yuxusu gəlir amma 30dq yatır uzağı.gözlərində damarlar qızarır,bir gözündə damar  partlayıb kimi qızarıb,bir də əmzik əməndə arada çənəsi titrəyir.qaldığım yerdə neçə həkim gəzmişəm heç biri tutarlı söz demir.doğum çətin keçmişdi,4,1kq doğulub hazırda 7,7kqdır.iştah normaldır amma kökəlmir,boyu 65sm dir.bakıya gəlməyə imkanım yoxdur həm maddi,həm də mənəvi.çox da nigaran oluram birdən kor olar gecikdirsəm.bu gün üzünə,gözlərinə baxa bilmirdim,vicdan əzabı çəkirdim.xahiş edirəm mənə istiqamət verin,yönləndirin,ürəyimə su səpin,çox çarəsizəm və nigaranam.Hacıqabulda qalıram.bir də işdir yolum düşsə qəbulunuza düşmək üçün xəstəxanaya nə qədər pul köçürməliyəm?