• 09-sen-2016, 10:26

Ana südü ilə qidalanan uşaqlar

-Ana südü ilə qidalanan uşaqlarda gündə 8-10 dəfə nəcis ifrazı normaldır.Uşaqda hərarət yoxdursa,uşaq normal kilosunu alırsa,bunun adını "Stafilokokk"qoyub boşuna müalicələr almağın heç bir faydası olmayacaq.
-İlk aylarda körpələrdə tez-tez görülən "İnfantil kolik" köp və qaz sancısı, səbəbi məlum olmayan lakin körpəyə heç bir zərər vermədən keçən müvəqqəti narahatlıq səbəbidir.Bu zaman uşaqlar xüsusilə axşam saatlarında ayaqlarını qarına yığaraq qışqırıb ağlamağa başlayarlar.Adətən körpənin 3 həftəsində başlayar,narahatlığı gündə 3 saata qədər davam edər,3 ayında itib gedər.Yəni bu əlamətlər nə "bağırsaqda mikrob" nə də "Kəllədaxili təzyiq"əlamətləri deyildir.Bu yalançı diaqnozlar adı altında boşuna körpəni sidikqovucu,qıcolmaəleyhinə dərmanlarla müalicələrə məruz qoymaq lazım deyildir.
-Körpələrdə görülən "beyindaxili təzyiq"lə səhv salınan Sandifer sindromu kimi tanıdığımız-Başın və boynun distonik hərəkəti(uşağın başını arxaya atması) Qastroezofagiyal reflyuks əlamətidir,"beyindaxili təzyiq"deyildir
-Əmgəyin ölçüsü balacadır, yaydır,istidir,"əvəzinə kalsium verilməlidir" deyə körpəyə vitamin D nin verilməsini dayandırmaq olmaz
-"Əmgəyi tez bağlansa beyindaxili təzyiqi olacaq"deyə guya əmgəyi açıq tutmağa çalışaraq boş boşuna yersiz müalicələr almağa lüzum yoxdur.Körpənin 3 ayindan sonra əmgəyinin bağlanmasının ona zərəri toxunmaz,əhəmiyyətli olan körpənin baş çevrəsinin dinamik nəzarətdə olmasıdır
-Və ən son dünən eşidib çoox təəcübləndiyim-"Ana südündə kalsium yoxdur" "uşaqda sümük boşluğu var","dişi rahat çıxsın"deyə körpəyə boş boş Kalsium preparatlarının verilməsi yolverilməzdir!

loading...

Həmçinin oxuyun