• 10-mar-2018, 20:49

✅Febril qıcolmalar (FQ)

 

Febril qıcolmalar (FQ)


 FQ uşaqlıq dövrünün ən çox rast gəlinən, xoş xassəli, qızdırmaya bağlı ortaya çıxan tutmalarıdır. Uşaqların 50%-də ilk 2 yaşda başlayır. Qızdırma 38.5 C-dən yüksək olur. Əsasən qızdırma yüksəldikdən sonrakı 1-2 saat içində baş verir. 24 saat sonra nadir hallarda görülür.
 Genetik meyllilik önəmli rol oynayır.

Tutmanın tipinə görə bəsit və kompleks febril qıcolmalar var.
 Bəsit FQ: 15 dəq-dən az sürən, generalizə, 24 saatda 1 dəfə görülən,38.5 C-dən yüksək T-da ortaya çıxan tutmalar.Kompleks FQ: 15 dəq-dən uzun sürən ,24 saat içində 1-dən çox olan, fokal başlayan,38.5 C-dən aşagı T-da ortaya çıxan, tutmadan sonra yuxulama və yorgunluq görülən tutmalar.


 FQ epilepsiyaya keçə bilərmi? Ailədə epilepsiya varsa, tutmadan öncə neyromotor inkişaf geriliyi varsa, tutma kompleks tipdə olmuşsa epilepsiya yaranma riski yüksəkdir.


 FQ-da proqnoz yaxşıdır.Amma unudulmamalıdır ki, bəzi epileptik sindromlar da febril tutma kimi başlaya bilər.


 Differensial diaqnostika üçün mütəxəssisə müraciət edin.

 ___________________________________________________
 ?Avrasiya Hospital/ Bakı şəhəri, Nəsimi r-nu, Ak. Həsən Əliyev küç. 15
 ?070-673-83-81



loading...

Həmçinin oxuyun