- 23-dek-2016, 15:25
BU HALLARDA PEYVƏND VURULMASI QADAĞANDIR
-Əvvəlki peyvəndə şiddətli allergik,anafilaktik reaksiya(AKDS,QPM,OPV,HİV)
-Əvvəlki peyvənddən sonra 1 həftə içində olan ensefalopatiya( beyin zədələnməsi əlamətləri)(AKDS)
-İlərləyici nevroloji xəstəlik( diqqətli olmamız lazım olan durum)
-Əvvəlki peyvənddən sonra ilk 48 saatda 40.5 üzəri qızdırma,şok və kollaps bənzər durumlar(Növbəti peyvənddə diqqətli olmağı gərəkdirir)
-Əvvəlki peyvənddən sonra 72 saat içində qızdırmalı və ya qızdırmasız qicolmanın olması( Növbəti peyvənddə diqqətli olmağı gərəkdirir)
-Əvvəlki peyvənddən sonra ilk 48 saat içində 3 saatdan uzun sürən davamlı ağlamaq(Növbəti peyvənddə diqqətli olmağı gərəkdirir)
-Əvvəlki peyvənddən sonra 6 həftə içində əmələ gəlmiş Guillain-Barre sindromu.
-Ağır immun çatmamazlığı( hematoloji və solid tumorlər,uzun müddət immunsupressiv müalicə almış uşaqlar,Kimyaterapiya alan uşaqlar,HİV infeksiyası)
-Hüceyrə immunitetiin çatmadığı hallar( Su çiçəyi və BSJ olunmus usaqlar)
-Ailədə immun çatmamazlığı olan şəxs olanlarda Poliomielit damcısı vurulması.
Bu siyahıdan başqa digər bütün vəziyyətlər peyvəndə daimi əks göstəriş deyildir.Yalnız Hər hansı bir kəskin xəstəlik dövründə peyvənd müvəqqəti təxirə salına bilər.Gördüyünüz kimi bu siyahıda peyvəndə əks göstəriş kimi "Timus, " Beyin təzyiqi" "Əmgək problemləri" "Qanazlığı"və.s yoxdur.Ciddi səbəblər olmadan uşaqları peyvənddən yayındırmaq onlara edə biləcəyiniz ən böyük pislikdir.SAĞLAM OLUN!
loading...
Şərhlər 1