• 26-okt-2017, 21:40

Febril qıcolmalar (FQ)

 


 FQ uşaqlıq dövrünün ən çox rast gəlinən,xoş xassəli,qızdırmaya bağlı ortaya çıxan tutmalarıdır.Uşaqların 50%-də ilk 2 yaşda başlayır.Qızdırma 38.5 C-dən yüksək olur. Əsasən qızdırma yüksəldikdən sonrakı 1-2 saat içində baş verir. 24 saat sonra nadir hallarda görülür.


 Genetik meyllilik önəmli rol oynayır. Tutmanın tipinə görə bəsit və kompleks febril qıcolmalar var.


 Bəsit FQ: 15 dəq-dən az sürən, generalizə, 24 saatda 1 dəfə görülən,38.5 C-dən yüksək T-da ortaya çıxan tutmalar. Kompleks FQ: 15 dəq-dən uzun sürən ,24 saat içində 1-dən çox olan, fokal başlayan,38.5 C-dən aşagı T-da ortaya çıxan,tutmadan sonra yuxulama və yorgunluq görülən tutmalar.


 FQ epilepsiyaya keçə bilərmi? Ailədə epilepsiya varsa,tutmadan öncə neyromotor inkişaf geriliyi varsa,tutma kompleks tipdə olmuşsa epilepsiya yaranma riski yüksəkdir.


 FQ-da proqnoz yaxşıdır.Amma unudulmamalıdır ki, bəzi epileptik sindromlar da febril tutma kimi başlaya bilər. Differensial diaqnostika üçün mütəxəssisə müraciət edin.



loading...

Həmçinin oxuyun