- 16-dek-2016, 10:40
UŞAQLAR ÜÇÜN GÜNÜN ƏN DADLI MENYUSU
YAŞIL MƏRCİ KÖFTƏSİ
-1 stək. yaşıl mərci
-1/2 stək. bulgur
-1 orta boy soğan
-1 diş sarımsaq
-1/3 dəstə cəfəri
-2 xörək qaş.zeytun yağı
-1 tutum duz
-1/2 limon
-1 ədəd pomidor
Hazirlanışı:
Gecədən suda isladılmış mərcini üstünə 3 barmaq üstünə çıxacaq qədər su tökün və bişirin.Bişmiş mərcimək suyu tamamən özünə çəkməsin.lazım olsa üstünə su əlavə edin.Sonra üstünə bulguru tökün və qazanın qapağını qoyun.
İncə incə doğranmış soğan,sarımsaq,pomidor və cəfərini tavada azca qovurun.Bulgur şişincə tavada qovurduğunuz qarışığı qazana əlavə edib birlikdə yoğurun.Sonra köftə böyüklüyündə parçalara bölün.Köftələr sulu qalmaması üçün əvvəldən əlavə etdiyiniz suyun qədərinə fikir verin.Uşağın zövqünə görə köftələri qatıqla da verə bilərsiniz.NUŞ OLSUN!
loading...