- 10-noy-2016, 22:42
KÖRPƏNİZ ÜÇÜN GÜNÜN ƏN LƏZİZ MENYUSU!
İSPANAQLI KOTLET
Tərkibi:
-1 dəstə ispanaq
-1 qaynanmış kartof
-350 gr dana və ya toyuq əti
-1/2 soğan
-1 kiçik diş sarımsaq
-Çox az duz
-2 qaşıq zeytun yağı
Qızartmaq üçün:
-1 yumurtanın ağı
-1 stəkan un
-Az miqdarda maye yağ
HAZIRLANMA QAYDASI:
İspanaqları yuyub,incə doğrayıb,az zeytunyağlı tavada bişirin.Suyunu sıxın.Soğan,sarlmsaq rəndələyib,qaynamış kartofu əzin.Yumurtanın sarısı ilə ağını ayırın.Kartof,ispanaq,qıyma ət,soğan,sarımsaq,yumurtanın sarısını qatıb yoğurub kotlet şəklinə salın.Əvvəlcə yumurtanın ağına,sonrada una bulayıb,az zeytun yağlı tavada və ya sobada bişirin
P.S: 1 yaşdan aşağı uşaqlara yumurtanın ağına bulamadan unla qızardın
NUŞ OLSUN!
loading...