• 10-dek-2018, 18:15

Uşaqların 2-3 aylarında valideynlərin təşvişi.

Çox vaxt görürük, uşaqların 2-3 aylarında valideynlər əlində analiz cavabı ilə təşvişlə, "Dr, uşağın qanı azdır" deyə müalicə üçün müraciət edirlər.
Necə müalicə edirik??

MÜALİCƏ ETMİRİK.!.

Çünki bu ay körpələrdə görülən qanazlığı tamamən normal və fizioloji haldır. Buna Südəmərlərin fizioloji anemiyası deyilir. Yenidoğanlarda diqqət etsəniz hemoqlobin səviyyəsi çox yuxarı olur,və bu dəyərlər get- gedə düşməyə başlayır. Vaxtında doğulmuş uşaqlarda 8-12 həftəyə,yarımçıq doğulmuşlarda 6-8 həftədə ortaya çıxır. Ən önəmli səbəb,körpədə sərbəst tənəffüsün başlaması ilə oksigen saturasiyasının 95 faiz üzərinə çıxması və böyrəkdə Eritropoetinin (qanyaranma stimulyatoru)  azalması ilə sümük iliyində eritropoezin yavaşlamasıdır. Bundan basqa fetal eritrositlərin ömrünün qısa olması, körpənin sürətli kilo alımına paralel getməyən eritrosit kütlə artışı da səbəblər arasındadır. Müalicə lazım olmayan durumdur.
İstisnalar;- Hb çox aşağı (6gr/dl dən az) olan yarımçıq doğulmuşlara qan köçürülmə ehtiyacı ola bilər.

loading...

Həmçinin oxuyun