- 09-sen-2016, 00:13
UŞAQLARDA İŞTAHSIZLIQ VƏ ÇƏKİ AZLIĞININ ƏN TƏHLÜKƏLİ SƏBƏBLƏRİ

Fizioloji iştahsızlıq,məsələn
-Uşaqda dişçıxarma dövründə görülən keçici iştahsızlıq.
-1yaşdan sonra böyümə sürətinin azalmasına bağlı qida tələbatının azalması səbəbilə uşaqlarda normal olaraq iştah əvvəlkindən aşağı olur.
-Əlavə qidaya keçid dövründə yeni dadlara uyğunlaşmaya bağlıda keçici iştahsızlıq olur.
Xəstəliyə bağlı iştahsızlıq:
-Virus infeksiyaları
-Sidik yolu infeksiyaları
-Orta qulaq.burun.boğaz infeksiyaları
-Virus hepatitləri
-Bağırsaq infeksiyaları
-Yuxarı və aşağı tənəffüs yolu infeksiyasi və s.
Bu xəstəliklər zamanı uşaqlarda 1 -2 həftəyə qədər iştahsızlıq ola bilir.Amma uşaqlarda iştahsızlıq 3 həftədən uzun müddət davam edərsə və çəki itirməsi varsa bir sıra xroniki xəstəliklər inkar olunmalıdır.
Bunlardan
-Vərəm xəstəliyi
-Mədə bağırsaq xəstəlikləri(Reflyuks xəstəliyi,Qastritlər.Bağırsağın bəzi anadangəlmə xroniki xəstəlikləri)
-Qurd xəstəlikləri
-Parazitar xəstəliklər
-Anemiya(qanazlığı)və qan xəstəlikləri
-Onkoloji xəstəliklər
-Qaraciyər,ürək və xroniki böyrək xəstəlikləri və s.
Beləliklə Əziz Valideynlər övladınızda uzun müddət davam edən iştahsızlıq və çəki azlığı şikayəti varsa bunun səbəbini müəyyənləşdirmək ve əsasında duran ciddi bir xəstəliyin vaxtında diaqnostikası üçün mütləq Pediatra müraciət etmək lazımdır.
loading...