• 30-apr-2020, 23:01

Övladınızın sinir-psixi və motor inkişafı normaldırmı? Yoxlayın.

 
Övladınızın sinir-psixi və motor inkişafı normaldırmı? Yoxlayın.
 
1aylıq uşaq- Üzü üstə yatarkən başını qısa müddətli qaldırır
2 aylıq- Anasını tanımağa başlayar,gülər, öz-özünə səslər çıxarır
3 aylıq- Başını dik saxlayar,əllərini hərəkət etdirərək seyr edər
4 aylıq- Əl kontrolu,önünə uzadılan bir oyuncağı tutmağa çalışır
5 aylıq- Dönmə, beli üstə bədən vəziyyətindən üzü üstə vəziyyətə keçər
6 aylıq- Qısa müddət dəstəksiz oturur.Əşyalara uzanır, tutur, ağzına aparır
7 aylıq- Dəstəksiz oturur, Əşyanı bir əlindən digərinə keçirə bilir
8 aylıq- İməkləməyə başlayır, əşyanı baş barmaq və işarə barmağı arasında tutur, anlaşılmaz hecalarla dəyişik səslər çıxarır
9 aylıq-Yapışıb ayağa qalxır

10 aylıq- Köməklə yeriyir,Yatmış vəziyyətdən oturmuş vəziyyətə keçir
12 aylıq- Köməksiz 1 neçə addım ata bilir, 2-4 kəliməni anlayaraq söyləyir
15 aylıq- Köməksiz yeriyir.Pilləkəni iməkləyərək çıxır,sadə əmirləri yerinə gətirir.2 "kubiki" üst-üstə qoyur, 4-5 kəliməni anlayır və istifadə edir.
18 ay- Yapışıb pilləkən çıxır, 3 "kubik"i üst-üstə qoyur, şəkilləri tanıyır və adlandırır,10 kəliməni anlayır və istifadə edir.

2 yaş - Qaçır, köməksiz pilləkən enir, çıxır.Qələm ilə dairə və eninə xətt çəkər.Qaşıq və çəngəl tutar, 2-3 kəliməlik qısa cümlə qurur
2.5 yaş- Hoppanır, adını bilir, rəngləri ayırd edir
3 yaş - 3 təkərli velosipedə minir, tək ayaq üstə dura bilir, 3 "kubik" ilə "körpü" düzəldir
4 yaş- Mənlik duyğusu inkişaf etməyə başlayır
5 yaş- Üçbucaq şəkli çəkir, özü geyinir və soyunur
Normal uşaq ÇƏKİ artımı
4-5 ayında- doğum ağırlığının 2 qatı
1 yaş- doğum ağırlığının 3 qatı
2 yaş- doğum ağırlığının 4 qatı

BOY artışı
Doğumda 50 sm(45-55 sm)
İlk 6 ay 2.5- 4 sm/ aya. İkinci 6 ayda 1.5- 3 sm /ay uzanır
-1 yaşda doğum boyunun -1.5 qatına (75 sm)
-4 yaşda 2 qatına
-13 yaşda 3 qatına çıxır
Boy uzanması ən çox ilk baharda, ən az son baharda olur.
İllik boy uzanması 4 yaş'- pubertat yaş arası ilə 5- 7.5 sm olmalıdır.Kənara çıxmaları həkiminizə mütləq bildirin
Amerika Pediatriya Akademiyasının  önərisinə əsasən sağlam uşağın rutin pediatrik kontrolları bu şəkildə olmalıdır
Doğumda, 3-5 ci günlər, 1 ayında, 2 ayında, 4 ay - 6 ay- 9 ay - 12 ay- 15 ay- 18 ay- 24 ay- 30 ay- 36 ayında.

Sağlam gələcək, sağlam böyütdüyümüz körpələrlə gələcək.

loading...

Həmçinin oxuyun