• 30-apr-2017, 22:58

Körpəm üşüyürmü?

 
İlk bir neçə həftə körpəniz öz bədən istiliyini tənzimləyə bilmir. 

Sizin buna qərar verməniz lazımdır. Bunun üçün onun bədənini nəzarət etməniz kifayətdir. Dizləri, ənsədəki saçları və qolları istidirsə kifayət qədər geydirilmiş deməkdir. Yanaqları qızarmış və ənsədəki saçları tərləyibsə  olduqca çox geydirmisiniz. Hər zamankından daha solğun ya da uyuşuksa və ya toxunduğunuzda qıçları və ənsədəki saçları soyuqdursa bir qat daha geyim giydirməniz lazımdır. Körpəniz sizdən bir qat daha çox geyimə ehtiyac duyur. Çünki hərəkət etmədiyi üçün üşüyə bilər. 

Otaq istiliyi 18-22 dərəcə arasında olmalıdır. Çox isti və ya çox soyuqdan qaçmalısınız. Sintetik geyimlər körpənizi isti günlərdə isti, soyuq günlərdə soyuq tutduğuna görə bunlardan da qaçmalısınız. Ən yaxşısı mövsümünə görə pambıqlı və ya yunlu geyimlərə üstünlük verin. Körpənizin əllərinin və ya üzünün soyuq olması bədən istiliyini göstərmir. Soyuq bir küləkdən üzü üşüyə, lakin bədəni isti ola bilər.

loading...

Həmçinin oxuyun