- 08-sen-2016, 23:57
Uşaqlarda çox tərləmənin səbəbləri

-Çox isti otaq hava temperaturu.
-Qalın və düzgün olmayan paltar geyindirmək.
-İrsi olaraq çox tərləyən ana və ya atanın uşaqları.
-Düzənli vit D profilaktikasını almayan(Kalsium deyil!!!)uşaqlarda Vit D çatmamazlığına bağlı olaraq.
-Sadə səbəblərdən burun tıxanıqlığı-uşağın nəfəs almasında çətinlik yaratdığına görə çox tərləməsinə səbəb olur.
-Uşağın əmərkən tərləməsi-güc sərf etdiyinə görə normal hesab edilir.
-Yüksək hərarətli uşağın hərarətinin düşməsi mərhələsində çox tərləməsi.
-Az rast gəlinən bəzi daha ciddi xəstəliklərdə çox tərləmə(Hodjkin xəstəliyi,Vərəm və bəzi digər onkoloji xəstəliklər)P.SBu xəstəliklər nadir səbəblərdəndir.
Çox tərləmə uşaqlarda hər hansı xəstəliyə yol açmaz.Yalnız lokal olaraq tər səpgiləri,göbələk,bişməcə kimi problemlərə səbəb ola bilər.Tərləmənin qarsısını almaq üçün uşaqların olduğu havanın temperaturu optimal olmalı,uşaq çox geyindirilməməli, sərin baxılmalıdır.Minimum paltar,minimum otaq istiliyi,maximum sevgi-daha sağlam övlad yetişdirmənizə kömək edəcəkdir.Sağlam olun!
loading...