- 12-sen-2016, 01:20
UŞAQLARDA YASTIPƏNCƏLİLİK
Ayaqlar insan orqanizminin ən vacib hissələrindən biridir. Gündəlik həyatda bütün görülən işlərimizin böyük bir qismi ayaqlar sayəsində həyata keçir. Ayağın funksiyalarından ən önəmlisi isə bədənin yükdaşıma qabiliyyətinə dəstək olmaqdır. Ayaqda problem olduğu zaman bütün bədənin iş qabiliyyətinin yarıya enməsi ehtimalı da qaçılmazıdır.
Dünyada, eləcə də Azərbaycanda ən geniş yayılmış ayaq xəstəliklərindən biri yastıpəncəlilikdir. Bəzən düzdabanlılıq adlandırılan bu xəstəlik insanda uşaq yaşlarından yaranmağa başlayır və müalicə olunmadığı təqdirdə ayaq deformasiyalarına qədər gəlib çıxa bilir. Uşağın yastıpəncə olub-olmamasının müəyyən edilməsi isə çətin deyil.
Uşaqlarda düzdabanlılıq müşahidə oluna bilər, amma müalicə olunduğu zaman tamamən qorxusuz bir haldır: "Yastıpəncəlilik qorxulu xəstəlik deyil. Uşağın şikəst olma ehtimalı yoxdur. Bəzən valideynlər buna görə çox narahat olurlar. Düzdür, narahat olunası bir xəstəlikdir, lakin müalicə olunduqda düzələn bir xəstəlikdir".
Yastıpəncəliliyin əlamətləri; belə uşaqlarda tez yorulma, yaxud ayaq ağrılardan şikayət halları olur. Yeniyetmə yaşlarında da eyni şikayətlər olur. Ayaqda ağrılar, yaxud ayağın iç qismində, ayaq biləyinin iç qismindən keçib arxasına qədər olan ağrıdan şikayət edirlər. Bu ağrılar ayaq sümüyünün və əzələlərinin gərginliyindən əmələ gəlir. Əzələlər öz funksiyasını rahat yerinə yetirə bilmir və xəstələr rahat hərəkətləri çox çətin yerinə yetirirlər. Bu da ağrıların yaranmasına səbəb olur: "Ayağın daxilində olan daxili qövs hərəkət üçün çox əhəmiyyətlidir. Bu qövsün olmaması insanın yastıpəncəli insan olması deməkdir. Ayaq hərəkət edən zaman ağırlıq dabandan pəncəyə doğru ötürülür. Yastıpəncəlilərdə isə bu ağırlıq ötürülə bilmədiyindən, müxtəlif problemlər yaranır".
Normalda ana-atalar uşağın düzdaban olub-olmamasını uşağın ayağına baxaraq anlaya bilərlər. Bunu anlamaqda çətinlik çəkirlərsə və bundan narahatdırlarsa, onda uşağın ayağı yaş ikən yerdə gəzdirmək lazımdır. Bu zaman ayaq izlərindən uşaqda daban probleminin olub-olmaması aşkar görünə bilər. Normalda ayağın iç hissəsi yerdə çox iz qoymamalıdır. Düzdaban uşaqlarda isə ayağın iç hissəsi daha çox iz qoyur və bu da uşaqda düzdabanlılığın olmasına işarədir.
Ümumilikdə yastıpəncəlilik iki hissəyə bölünür. Bunlardan birincisi elastik, ikincisi isə sərt düzdabanlılıqdır. Elastik olanı əgər genetik deyilsə, o zaman 8-9 yaşa qədər düzəlmə halları müşahidə olunur. Genetikdirsə, 8-9 yaşdan sonra da belə davam edəcək. İkinci halda ayaq hərəkət etsə də, etməsə də qövsün olmadığı aşkar görünür. Həkim düzdabanlılıq diaqnozu qoyubsa, onda bunu diqqətə almaq lazımdır: "Əgər ayaqda ağrı müşahidə olunmursa belə, yastıpəncəli insanların müalicəyə çox da ehtiyacları olmur. Amma ayaqda ağrılar varsa və bu, şəxsi narahat edirsə, müalicə olunmalıdır. Sərt düzdabanlılıq vaxtında müalicə olunmazsa, gələcəkdə ciddi ayaq deformasiyalarının yaranması və gəzməkdə axsaqlıq, narahatlıq kimi problemlərə səbəb ola bilər. Bir sıra hallarda isə əməliyyata ehtiyac olur. Əməliyyat sümük düzülüşünün normallaşdırılmasına və ağrının yüngülləşdirilməsinə kömək edir".
Elastik düzdabanlıq 4-5 yaşlarında özünü göstərir. Uşaq ilk yeriməyə başladığı zaman ayağında olan yağ təbəqəsi onda düzdabanlılıq görkəmi yaradar. Bir müddət sonra uşağın ayağı yerə öyrəşir və yağ təbəqəsi əriməyə başlayır ki, bu zaman da ayağın iç təbəqəsi normallaşır. Maksimum 8 yaşına qədər ayaq normal vəziyyətə gəlir. Düzdabanlılıq böyük yaşlarda da yarana bilər. Ayağın iç qismi dəstəyi zəiflədikcə yaşlanma və kilo aldıqca düzdabanlılıq da yarana bilər.
Uşaqlarda düzdabanlılığın müalicəsi çox da çətin deyil. Elastik düzdaban olan uşaqlarda ağrı yoxdursa, 4-5 yaşına qədər nəzarət etmək lazımdır. Uşaqda ağrı varsa, o zaman ayağın iç qismini normala salacaq və ayağın orta hissəsini dik tutmaq üçün ortopedik ayaqqabılar, yaxud satışda olan ayaqqabı içliklərindən istifadə etmək lazımdır. Ağrı çox narahat edirsə, onu yüngülləşdirən iltihab əleyhinə mazlardan istifadə etmək olar. Fizioterapiya da ağrılı yastı pəncəliliyin ağrısını azaldır: "Böyük insanlarda isə müalicə bir az çətin olur. Uşaq yaşlarında müalicə olunmadığı halda xəstədə ciddi ayaq ağrıları yarana bilər. Bu zaman cərrahiyə müdaxilə olunur. Yastıpəncəliliyin niyə, hansı səbəbdən yaranması hələ də məlum deyil. Bu, qorxulu xəstəlik deyil, amma valideynlər xüsusən ortopedlərindən tələb etməlidirlər ki, uşağa diaqnoz dəqiq qoyulsun. Yəni, yastıpəncəliliyin elastik, yaxud sərt olması vaxtında aşkar edilsin. Sərt olan yastıpəncəlilik mütləq müalicə olunmalıdır. Yanlış diaqnoz uşağın ömürlük ayaq qüsuruna səbəb ola bilər".

loading...