• 01-noy-2016, 22:41

"ALLERGİK RİNİT" DEYİB KEÇMƏYİN!

 
Allergik rinit-uşaqlarda çox sıx görülən allergik xəstəlikdir.ƏLAMƏTLƏRİ:
Burun axıntısı,tıxanıqlıq,tez-tez asqırma,burunda qaşınma,davamlı öskürəklər,ağızdan nəfəs alma,iştahsızlıq,tıxanıqlığa bağlı yuxu pozğunluqları,əsəbilik və s.

İrsiyyətdə allergik xəstəliklər,astma.rinit olan,ilk doğuşdan olan,hamilə qadın yanında siqaret çəkmə,uşaq olan evdə siqaret çəkmə,yazda tozlanma dövründə doğulmuş uşaqlar,əlavə qidaya erkən başlama,ev tozu,ev heyvanları ilə təması olan uşaqlarda yüksək Allergik rinit və Astma riski vardır.
Allergik xəstəliyi olan uşaqlara özəl qida rejimi və həyat tərzi olmalıdır.Obliqat-mütləq allergik qidalar rasionda olmamalıdır(şirniyyatlar,fast-foodlar,qazlı içəcəklər,kofe,şokolad,çərəzlər,ketçup,ədviyyatlar,sitrus meyvələr,bal və s)Uşaqlar çirkli hava,ekoloji qeyri-təmiz,aşırı rütubətli ortamlardan uzaq tutulmalıdır.Uşağın yatağı yundan olmamalı,uşaq yatdığı otaqda xalça,palaz,otaq hava ətirləndiriciləri,"ayıcıq" tipli tüklü oyuncaqlar olmamalıdır.
Allergik rinitə bağlı burun tənəffüsü çətin olan uşaqlar gecə yuxusuz,gündüzləri yorğun,əzgin,yaddaşı zəif olurlar.Sərbəst burun tənəffüsü inkişafda olan orqanizm üçün çox önəmlidir.

Beləliklə, Əziz valideynlər, Vaxtında qoyulan diaqnoz və aparılan müalicələr sayəsində bu xəstəlik tamamən aradan qalxır..və Astma kimi ciddi bir xəstəlikdən övladınızı qorumuş olursunuz..Yetər ki gec qalmayasınız. Sağlam olun!

loading...

Həmçinin oxuyun