• 12-sen-2016, 00:03

ÖVLADLARIMIZA PEYVEND ETMƏLİYİKMİ?PEYVƏNDLƏR HAQQINDA

Peyvəndlərin ən böyük faydası cəmiyyətimiin sağlamlığının davam etdirilməsidir.Peyvəndlər edilən insanları xəstəlikdən qoruyur.Həm özü həmdə mikrob daşımadığı üçün ətrafdakılarıda qorumuş hesab edilir.

Peyvənd edilməyən uşaq infeksiyon xəstəliyi keçirərsə həm özü həmdə ətrafdakıları çox böyük zərərə uğramış olur.Həm maddi, həmdə fiziki.İstənilən bir xəstəliyin qarşısını almaq hər zaman onu müalicə etməkdən daha asan olduğu üçün peyvəndlər mütləq edilməlidir.Üstəlik keçirilən bu xəstəliklər zaman zaman heç bir şəkildəmüalicə edilməyəcək problemlərə və qalıcı xəstəliklərə yol açabilər.
Nə üçün peyvənd edilmək xəstəliyi keçirməkdən daha yaxşıdır?

Xəstəliklər ağrı çəkməyə və bəzəndə qalıcı şikəstliklərə və ölümlərə səbəb olabilir.Peyvəndlər isə xəstəliyin istənməyən nəticələrini və sıxıntısını yaşamadan o xəstəlikdən qorumaya şərait yaradır.Peyvəndlə qorunmaq çox daha yaxşıdır.Peyvəndlərlə qoruna bilən xəstəliklər öldürücü ola bilər.Uşaq iflicində(poliomielit) olduğu kimi iflicə,Hepatit B-də olduğu kimi qaraciyər xərçənginə,Hib,pnevmokokk,meninqokokk kimi bakteriya ilə törədilən meningit sonrası əmələ gələ bilən karlıq kimi qalıcı şikəstliklərə səbəb ola bilər.Əlavə olaraq Hİb meningiti,göy öskürək,və qızılça sonrası beyin zədəsi əmələ gələ bilər.Qız uşaqlarda gələcəkdə hamiləlik dövrundə keçirilə biləcək qızılça və məxmərək infeksiyon xəstəlikləri döldə ciddi anadangəlmə qüsurların yaranmasına səbəb olabilər.Peyvəndlər ilə təbii keçirilmiş xəstəlikdən sonra əmələ gələ bilən immunitetə bənzər immunitet əldə edilir.Ancaq bəzən yetərli səviyyədə qoruyucu immunitet cavabı yaradabilmək üçün peyvəndlərin 1 neçə dəfə təkrar revaksinasiya edilməsi lazım gəlir.Buna görədə həkimin tövsiyyəsinə və Azərbaycan Respublikası Milli Peyvənd Təqviminə uygun olaraq peyvəndlər öz uyğun ardıcıllığı ilə yeri yerində edilməlidir.
Peyvəndlər infeksiyon xəstəliyi keçirmədən xəstəliyə qarşı immunitet yaradaraq qoruyur.Peyvəndlər xəstəliyə səbəb olan mikrobun hamısı və ya xəstəlik törədən parçaları istifadə edilərək olunur.Məsələn,qızılça xəstəliyinin peyvəndində qızılça virusu,Meningit xəstəliyinin peyvəndindəki bu xəstəliyə səbəb olan Haemophilus influenza tip B(Hib)bakteriyasının parçaları istifadə edilir.Peyvəndlərin içərisində olan bakteriyalar ya ölüdur,yada xəstəlik törətməyəcək qədər zəiflədilmişdir.

PEYVƏNDLƏRDƏN SONRA ƏMƏLƏ GƏLƏ BİLƏCƏK YERLİ VƏ ÜMUMİ REAKSİYALAR

Peyvəndlərdən sonra yerli və ümumi reaksiyalar gözləniləndir.Yerli reaksiya-yeridilmə yerində qızartı,şişkinlik,ağrı,istilik,hərəkətin məhdudlaşması gözləniləndir.Heç bir müdaxilə tələb etmədən 1 neçə gün içində keçib gedir.Ümumi reaksiyalardan-narahatlıq,oyanıqlıq,yuxunun pozulması,yeməkdən imtina etmə,hərarətin yüksəlməsi,nadir hallardada ümumi allergik reaksiya görülə biləndir.Bu yan təsirlər 2-3 gündən artıq çəkmir.

loading...

Həmçinin oxuyun