• 02-yan-2019, 20:19

"PEDİATRİYADA MİFLƏR" Dr. Günay Rəsulova

2019 cu ilin ilk maariflendirici statusunu Pediatriyadakı miflərlə açmaq istərdim.

-Hər çox aglayıb yatmayan,tez-tez səksənib diksinən,əmgəyi balaca narahat uşaqlara qoyulan "Kəllədaxili təzyiqin yüksəlməsi" diaqnozu.

-"Timus xəstəliyi" ( Kəskin allergik reaksiya ilə gəlib,iynə vurub vəziyyətdən çıxardığımız uşağın nənəsi otağa gəlib "Bəs ay doktor,bu uşağın timus xəstəliyi var,siz də ona iynə vurdunuz.Timusu olan uşağa iynə olmazdı axı" dediyində bu mövzunun təkrarına ehtiyac oldugunu gördüm))

-Hər sancısı olan,kakası yaşıl olan uşağa əsassız qoyulan "Mikrobu var" diaqnozu və ona görə aparılan coxsaylı yersiz müalicələr.

-Mikrob mövzusunu açmışkən "Stafilokokk "u yad etmədən keçmək günahdır.Əkilmədə aşkarlanan stafilokk, saprofit floramızın bir parçası olub,ons görə müalicələr aparılmasına ehtiyac yoxdur.

-Əmgəyin ölcüsünün balaca olduğu üçün təzyiq olmasın deyə əmgəyi bağlamağa qoymayan müalicələr yersizdir.

-Əmgək balacadır deyə uşağa D vitamini verməmək.

-Uşaqlara qoyulan "Hipoksiya" diaqnozu və ona görə aparılan lazımsız müalicələr.(Hipoksiyadan müalicə alan bir körpəmdə ciddi ürək qüsuru oldugunu gördük)

-Az qala tez-tez asqiran uşağa da qoyulan "Kalsium azligi" diaqnozu və ona görə qəbul edilən yersiz kalsium siropları(Diş çıxmada gecikmə(14 aydan tez).Əmgəyin hələ də açıq olması(18aydan tez),çox tərləmə,oynaqlardan gələn şaqqıltı səsi,başın gözə böyük dəyməsi,yerimədə gecikmə(17 aydan tez)təkbaşına bir xəstəlik və kalsium azlığı əlamətləri olmadığı üçün bu əlmətlərin varlığı qanda səviyyəsi baxılmadan kalsium siroplarınln istifadəsinə göstəriş deyildir)

-İmedis aparatı, qan analizi ilə qoyulan "qurd" diaqnozu, ve buna görə istifadə edilən bitki terkibli qurd dərmanları yalnışdır.-Qurd dərmanı ilə yanaşı "Ödqovucu", "Qaraciyərqoruyucu", İşlədici dərmanların verilməsi, uşaqları boşuna "qlizma"edilməsi.

-Antibiotiklərin istifadəsi zamanı profilaktik göbələkəleyhinələrin istifadəsi-Yuxugətirici məqsədlə istifadə edilən Qluferal, Fenobarbital, Luminal-İmmuniteti artıran preparatlar.( valideyni psixoloji rahatlatmaqdan başqa bir işə yaradığını görmədik)

-"Əsəbi uşaq" "Yuxusuz uşaq" deyərək "sakitləşdirici siropların istifadəsi yalnışdır.

Ardı var...Maariflənək və sizlərlə birlikdə miflərə son qoyaq. Daha çox körpə yersiz müalicə almaması üçün maximum paylaşaq.#pediatrmesleheti #anausaqsagligi #usaqxestelikleri #saglamol #korpesagligi #pediatriyadamifler

loading...

Həmçinin oxuyun