• 10-mar-2018, 20:37

"Diatez" deyib keçməyin❗

 


 Azyaşlı uşaqlarda allergiya ilkin olaraq özünü "diatez" (onu analar belə adlandırır) şəklində büruzə verir. İlk öncə uşağın üzünün dərisində qızartı və şişkinlik əmələ gəlir, dəri qabıq verir.


 Bir çox valideynlər bu əlamətlərin meydana gəlməsinə çox diqqətsiz yanaşır, onların gələcəkdə baş verə biləcək ağır xəstəliklərin əvvəli ola biləcəyindən heç şübhələnmirlər də.


 Bəs "diatez" niyə əmələ gəlir?

Uşağın həyatının ilk aylarında allergenlər (uşağın orqanizmi üçün yad olan zülallar) üçün ən əsas “görünməz gizli qapı” - mədəbağırsaq sistemidir.


Ana südündəki zülallardan başqa, istənilən qida zülalı uşaq orqanizmi üçün yad olduğu üçün potensial şəkildə təhlükəli hesab edilir. Hətta ən yaxşı hesab edilən süni uşaq qidaları da ana südünü əvəz edə bilməz. Ona görə də anasının südü az olan və ya olmayan usaqlarda allergiyanın inkişaf etmə təhlükəsi, ana südü ilə qidalanan uşaqlardan xeyli dərəcədə yüksək olur.


Allergiyaya meylli olan uşaqları vaxtından əvvəl (5 ayından tez) əlavə qidalarla (sıyıqlar, meyvə və tərəvəzlər və s.) qidalandırmaq daha da təhlükəlidir.


 Allergenlər tədricən bağırsaqlarda toplanmağa başlayır. Müəyyən bir vaxtdan sonra uşağın tam inkişaf etməmiş immun sistemi (bu sistem ancaq uşağın 5 yaşında tamam inkişaf olunur) onların öhdəsindən gələ bilmir və bu zaman allergiya inkişaf edir.

 ___________________________________________________
 ?Avrasiya Hospital/ Bakı şəhəri, Nəsimi r-nu, Ak. Həsən Əliyev küç. 15
 ?070-673-83-81



loading...

Həmçinin oxuyun