- 12-sen-2016, 02:43
HIPERAKTIVLIK VE DIQQETIN DEFISITI SINDROMU
Yenidoğulmuşun beyninə hipoksiyanın mənfi təsir göstərməsinin təzahür formalarından biri - diqqətin defisiti fonunda hiperaktivlik sindromudur. Hal-hazırda uşaqların bir çoxuna bu diaqnoz qoyulur.
Həyatın ilk ilində belə uşaqlar öz yaşıdlarını xeyli qabaqlayaraq daha tez iməkləyir, yeriyir və danışırlar.
Böyüdükcə onlar həddən-ziyadə aktiv olur, çətin idarə olunur, “ipə-sapa yatmırlar”. Belə uşaqlar hətta bir neçə dəqiqə ərzində belə bir yerdə oturaraq hər hansı bir məşğuliyyət üzərində fikirlərini cəmləyə bilmir, onların emosional halı davamlı olmur (şənlik, sevinc hissi buna heç bir səbəb olmadan ağlamaqla əvəz olunur və ya bu proses əksinə olaraq baş verir).
Məktəb yaşlarında bu uşaqların işgüzarlığı aşağı olur, onlar pis oxuyur, dərs davam edən müddətdə bir yerdə oturmaq iqtidarında olmurlar. Belə uşaqlar həm valideynlər, həm də müəllimlər üçün “çətin” uşaqlar sayılır. Yeniyetmə dövründə onlar daha aqressiv və idarəolunmaz ola bilərlər.
Diqqətin defisiti sindromu uşağın sürətli boyatma dövrlərində (həyatın 1-ci ilində, 3-4 yaşlarında, 7-10 yaşlarında və 12-14 yaşlarında) özünü daha çox büruzə verir.
Buna görə də bu xəstəliyi erkən yaş dövrlərində müalicəyə başlamaq və qeyd edilən sürətli boyartma dövrlərində isə təkrar müalicə kursları aparmaq çox vacib hesab edilir.
Bu sindromun müalicəsində uşağın beynin funksiyasını yaxşılaşdıran və s. dərman preparatları istifadə olunur. Bundan başqa, uşağın davranışın psixoloji korreksiyası olunmalıdır.

loading...