• 24-dek-2018, 22:11

Uşaqlarda diş çıxmada gecikmə nə dərəcə təhlükəlidir?

Uşaqlarda diş çıxmada gecikmə nə dərəcə təhlükəlidir?

Uşaqlarda normal diş çıxma adətən alt 2 orta kəsici dişin çıxması ilə 6-10 ay arası başlayır. Sonra ardıcıl olaraq üst orta kəsici, alt yan kəsici, köpək, birinci və ikinci azı dişləri çıxmağa başlayır. Diş çıxma bəzən 6 ay öncə, 10 ay sonra da başlaya bilər. İlk süd dişlərin ən gec uşağın 14 ayına qədər çıxması lazımdır. Bu müddət uzanarsa,yəni diş çıxma gecikərsə ,uşaq mütləq həkim müayinəsindən keçməli,ehtimal olunan xəstəlik vəziyyətləri inkar olunmalıdır. Diş çıxarmanın gecikməsi adətən uşaqlarda D vitamin əksikliyinə bağlı Raxit, qalxanabənzər vəz funksiyası pozğunluqlarında və.s olur. Diş çıxma gecikməsi zamanı səbəbi araşdırmadan kor koranə uşaqlara kalsium siroplarının istifadəsi qətiyyən məsləhət deyildir. Diş çıxarma zamanı uşaqlarda iştahsızlıq, narahatlıq, yuxusuzluq, yüngül ishal, hərarətin yüksəlməsi (38 dərəcə qədər, 38 yuxarı hərarət varsa səbəb diş və çöp deyil, müayinə lazımdır) və.s əlamətlər ola bilər.

loading...

Həmçinin oxuyun