• 19-dek-2016, 14:52

QIZDIRMA ZAMANI ƏSLİNDƏ NƏ ETMƏLİYİK?

 
-Heç bir panikə qapılmadan,öncə qızdırmanı ölçməlisiz.38.5 i keçməyən hərarəti düşürməməyə çalışmalısınız.Xüsusi ilə də peyvənddən sonra olan.
-Hərarət 38.5 i keçərsə,ilk tərcih Parasetamol tərkibli preparatlar olmalıdır.Çünki,qeyri steroid iltihabəleyhinə preparatlardan sırf qızdırma salıcı Parasetamoldur.

-Dərman uşağın bədən kq çəkisinə uyğun dəqiq dozalanmalıdır(dərman içində olan şprisin üstündə göstərilən dozalanma aldadıcıdır) və bu dozanı həkiminiz hesablayıb deyir.Odur ki uşağın qızdırması oldusa,mütləq həkiminizlə danışın və ya kontrol müayinsədində bu suallara cavab istəyin.

-Dərmanı verdikdən sonra ən az 1 saatdan tez hərarəti ölçməyin,bu arada uşağı mütləq soyundurun,bədənini ilıq su ilə silin( Qorxmayın,Soyuq olmaz!!)

- Dərman verdikdən 1 saat sonra ölçdükdə,hələ də hərarəti 39 larda görərsəniz,və uşaq riskli uşaqdırsa,dönüşümlü olaraq İbuprofen tərkibli siroplardan istifadə edə bilərsiniz(İBUFEN D)

-Eyni tərkibli hərarətdüşürücünü ehtiyac yarandıqda minimum 4 saat intervalla təkrar istifadə edə bilərsiniz.
- Qusan uşaqlara Parasetamol şam şəklində də istifadə edilə bilər.
-Ən əsası o ki qızdırmadan qorxmayacaqsız.Qızdırma orqanizmin müdafiə funksiyasıdır.Sağlam olun!

loading...

Həmçinin oxuyun

Şərhlər 2

Aqil (Ziyaretçi)
Salam Gunay xanim.Sizin bir Pediatr olaraq isinizi men yuksek deyerlendirirem.Siz ki Facebook sehifenizle hem de sexsi saytla usaqli valideyinlere nezeri bilikler verirsiz.Bu sizin isinize nece mesuliyyetle yanadmaginizin gostericisi olaraq deyer verirem.Allah sizin kimi hekimlerin canina deymesin.
efsane (Ziyaretçi)
coox sagolun Gunay hekim. heqiqetende isinizi seven mesulliyyetli bir hekimsiz. sizin kimi hekinlere cox ehtiyacimiz var. Allah suze can sagliqi versin