• 11-fev-2020, 15:17

Uşaqlar və koronovirus

 

Uşaqlar və koronovirus

Simptomları ümumən soyuqdəyməyə bənzər şəkildə, yüngül yaxud orta ağır dərəcədə yuxarı tənəffüs yolları xəstəliyi əlamətləri ilə gedən, insanları daha tez təsiri altına sala bilən bir virusdur. Xüsusilə immun sistem zəif uşaqlar və yaşlılar bu virusa tez tutula bilər. Korona virusun simptomları arasında burun axması, halsızlıq, iştahsızlıq, öskürək, boğaz, baş ağrısı və günlərlə davam edən, dərmanlara rağmən düşmək bilməyən qızdırma var və bu infeksiya pnevmoniya və ya başqa ağciyər daxili ağırlaşmalar ilə getmək kimi xüsusiyyəti var.

İmmunitet sistemi zəif olan yaşlılar və uşaqlarda virus, pnevmoniya və ya bronxit kimi daha ciddi tənəffüs yolları xəstəliyinə çevrilmək riskinə malik olduğuna görə bu yaş qrup insanlar xüsusi nəzarətdə olmalı, simptomların başlanğıc mərhələsində artıq mütləq həkim nəzarətinə alınmalıdırlar.

Korona virusu üçün xüsusi bir müalicə yoxdur. Çox vaxt simptomlar öz-özünə yox olur. Həkim resepti ilə alınan ağrı kəsicilər və ya antipiretik dərmanlar simptomları rahatlaşdıra bilər.

Bol maye içmək, mümkün qədər dincəlmək. Əgər simptomlar standart bir soyuqdəymədən daha pis görünürsə, həkiminizlə məsləhətləşmək lazımdır.

Coronavirus ciddi təhlükədir. Ümid edirik ki, qarşısı tez alınar və buralara qədər gəlib çıxmaz. Gəlsə, bizim üçün daha ciddi təhlükədir. Çünki, təəsüf ki, həm insanlarda tibbi maariflənmə və gigiyena mədəniyyəti yüksək deyil, həm də fövqəladə hallarda soyuqqanlı və nizam intizamlı ola bilmirik. Ümid edək ki, sərhəd keçid məntəqələri maksimum gücləndirilmiş iş rejiminə keçəcək və şübhəli şəxslər həmin dəqiqə izolyasiya ediləcək.
KoronoVirusdan önləyici tədbirlər növbəti postda.

Qeydiyyat: 055 703 27 79
Həkimlə əlaqə: 070 673 83 81

loading...

Həmçinin oxuyun