• 15-dek-2018, 19:57

UŞAQLARDA PNEVMONİYA (Sətəlcəm)

 


Demək olar ki hər gün pnevmoniya ilə xəstə müraciət edir.


Qorxursunuzsa, niyə peyvəndini vurdurmursunuz?


Pnevmoniya- Ağciyər toxumasının iltihablanması deməkdir. (sətəlcəm,güclü soyuqdəymə,vospaleniya,oslojneniya)


Əlamətləri: ciddi öskurəklər, bəzən boğucu, qızdırma (hər zaman olmaya bilər, atipik pnevmoniya qızdırmasız olur), iştahsızlıq, halsızlıq, təngnəfəslik , burun qanadı tənəffüsü, bəzən qarında ağrı ola bilər.


Səbəb ananın uşağı soyuğa verməsi, tez tez çimizdirməsi, uşağa yaxşı baxmaması, uşağın tərləməsi və.s deyil. İnfeksiyadır. Mikrob. Hər yaşda ən sıx səbəb S.Pneumoniae adlı pnevmokokk mikrobudur. Hansı ki, bu infeksiyadan uşağı qorumaq üçün, onu adyallara bürümək yox, peyvəndini vurdurmaq lazımdır. Pnevmokokk əleyhinə PEYVƏND!. Heç bir yan təsiri olmayan, heç bir əks göstərişi də olmayan, reaksiya verməyən, iflic, autizm, şikəstlik yaratmayan pnevmokokk əleyhinə peyvənd vurdurmasaq uşağı pnevmoniya kimi ağır xəstəlik riski qarşısında qoymuş olarıq.
Anlayacağınız, öskürən uşağa, turp, bal, bəhməz, nənənin bankası, keçi piyi, yod kletkası, tərlədib soyuğu çıxarması və çöpçünün üfürməsi kömək etmirsə, bu xəstəlik və həkim ağlınıza gəlsin.
Müalicəsində çox vaxt bəzən xəstələrə qəribə gəlsə də, qonşular buna üsyan etsə də ki,pnevmoniyada uşağa iynə,sistem keçməlidir, içmə antibiotik yeterli olur. İynə isə,qusma səbəbilə içə bilməyən, xəstəxanaya yatırılan ağır, ağırlaşmaları olan xəstələrə vurulur.
Pnevmoniya vərəmə çevrilmir. Amma, uzun davam edən və düzəlməyən pnevmoniyalarda mütləq vərəm yönündən araşdırılmalıdır.


Sağlam olun!



loading...

Həmçinin oxuyun