- 23-yan-2019, 20:41
"QİSMƏT BELƏ İMİŞ??"

Qohum evlilikləri səbəbi ilə uşaqlarda ən sıx görülən xəstəliklər:
FENİLKETONURİYA-( ağır zəka geriliyi, ömür boyu müalicə - dieta təqib)
KİSTİK-FİBROZ( təkrarlayan ağciyər infeksiyaları, ishal qidalanma pozğunluğu və mədəaltı vəzin çatmazlığına gedən bir xəstəlikdir)
KONJENİTAL-ADRENALHİPERPLAZİYA( ağır su duz itirməsi, qızların xarici cinsiyyət orqanlarında erkək yönündə dəyişiklik, ömür boyu hormon müalicəsi lazım olan bir xəstəlikdir)
SPİNAL-MUSKULER ATROFİYA ( SMA) (irəliləyən əzələ gücsüzlüyü, südəmər usaglarda hətta ölümlə nəticələnə bilən,onurğa beyin ön buynuz hüceyrələrinin itirilməsi səbəbi ilə olur ve müalicəsi yoxdur)Hər iki tərəf talassemiya xəstəliyi daşıyırsa, (bu qohumlar arasında daha çox görülür) uşaq ağır TALASSEMİYA xəstəliyi ilə doğula bilər.
ORAQVARİ-HÜCEYRƏ ANEMİYASI ( qanın parçalanması, ağır anemiya)
VƏ ARTIQ GECDİRSƏ; (nişan,söz zad olubsa) Qohum evliliyi edəcək olan cütlüklərə məsləhətlər:
1.Ən sıx görülən genetik xəstəliklərə görə yoxlamalardan keçsinlər.
2.Hamiləlik USM və 3lü test ilə izlənməlidir.
3.Yeni doğulan kőrpədə topuq testi və hətta genişləndirilmiş metobolik tarama testi edilməlidir.
4.Kőrpə doğulduqdan sonra inkişaf yőnűndən dəyərləndirilməli ikinci bir hamiləlik űçűn ən az 3-4 il gőzlənməlidir.Adını tələffüz belə edə bilmədiyiniz xəstəliklər həyatınızın dəyərli bir parçasına çevrilməsini istəmirsinizsə,kimlərinsə tövsiyyəsinə uymayın,QOHUM EVLİLİYİ ETMƏYİN!
loading...