• 14-fev-2018, 20:23

"KLİNİKALARIN PUL TƏLƏSİ" kimi adlandırılan "TOPUK TESTİ" haqqında.

 


 Nədir bu test? Həqiqətənmi hər uşağa vacibdir?


 Doğum evlərində haqqında məlumat verilib,körpələrə olunması çox vacib olan,lakin əksər valideyn tərəfindən imtina edilən bu test nə üçün vacibdir?


 TOPUK TESTİ-Uşaq doğulduqda heç bir əlamət verməyən,lakin gec diaqnoz qoyulduğunda müalicəsi çətin və qalici fəsadlara səbəb olan metabolik xəstəliklərə yol açan bəzi hormon və ferment əksikliklərini zamanında ortaya çıxaran bir testdir.


  Dogumdan 36 saat sonra ( 72 saata kimi )körpənin  topuğundan qan alinmagla asağidaki xəstəliklər yoxlanılır;


 Ən vacibi;


 Hipotireoz-Qalxanabənzər vəz xəstəliyi,"ZOB"kimi tanıdığınız,...


 "Uşaqda zobmu olar??".Təbii ki olar.Olar da kimsənin ağlına gəlməz.Uşaq aylarla qəbizlik,"Timus""Bağırsaqda stafilokokk",gec oturma,gec dil açma,əqli gerilik və.s adı altında boş müalicələr alar,"zob" kimsənin ağlına gəlməz.Və digər metabolik xəstəliklər,hansı ki vaxtında diaqnozu qoyulsa belə uşaqlar yaşıdlarından fərqlənmədən normal, sağlam fərd kimi böyüyə bilər


 -Fenilketonuriya-Doğuşdan fenilalanin hidroksilaz fermentinin əksikliyi nəticəsində əmələ gəlir.Uşaqda oturma yerimədə gecikmə,zəka geriliyi,neyroloji inkişaf geriliyi və.s səbəb olur.


 -Biotinidaz əksikliyi-Bu əksiklik kofakfor olaraq önəmli funksiyalar yerinə yetirən biotin vitamini əksikliyinə yol açar.Diaqnoz gecikər və ya qoyulmazsa uşaqda ekzema, saç tökülməsi,hipotoniya,inkişaf geriliyi,immunitet yetməzliyi,eşitmənin itirilməsi və.s olur.


 -Galaktozemiya-Qaraciyer böyüməsi,böyrək çatmazligi,gözdə katarakt,beyin zədələnməsi,uzanmiş sariliq və.s GALT fermenti catmazligi ilə əmələ gəlir


 Bu xəstəliklərdən başqa bu test vasitəsilə Adrenogenital sindrom, üre,organik asitler,yağ oksidasyonu defektləri kimi başqa metabolik xəstəliklərin də diaqnozu qoyula bilər.


 Belə ki, bu test vasitəsilə  adı gedən xəstəliklərin vaxtında aşkar edilməsi KÖRPƏNİZİN HƏYATINI QURTARIR!



loading...

Həmçinin oxuyun