• 11-yan-2019, 21:33

UŞAĞINIZIN NƏCİSİNİ ƏKDİRMİSİNİZ ?

Cavabına aydınlıq gətirdik!

Tez-tez ünvanlanan suallardan,"Həkim uşağın nəcisini əkdirdik, göbələk çıxdı, stafilokokk çıxdı və s. nə edək? "olur. Həmçinin, olunan müraciətlərin əksəriyyətində də problem uşağın bağırsağındakı mikroba bağlı olur. Hansı hallarda nəcisdə çıxan mikrob əhəmiyyətli sayılır. Beynəlxalq protokollara əsasən bağırsaq üçün patogen bakteriyalar aşağıdakılardır:
1.Salmonella spp.
2.Shigella spp.
3.Campylobacter spp.
4.İshal törədən Escherichia Coli: EİEC/EPEC/ETEC/EHEC- O157:H7
5.Clostridium difficle
6.Yersinia spp.

7.Vibrio spp. 
Bunlardan rutin nəcis əkilməsində araşdırıla bilən əsas patogen bakteriyalar Salmonella spp. Shigella spp.- dır. Yersinia spp. və Vibrio spp. xüsusi təchizatlı stansiya laboratoriyalarında araşdırılmalıdır. Digər patogen bakteriyalar üçün ZPR (Zəncirvari Polimeraza Reaksiyası) və ya antigen testləri tövsiyə olunur.Nəcis əkilmə cavablarında çox vaxt aşkarlanan Escherichia  coli (qeyri- diarogen), Klebsiella spp, Proteus spp, Citrobacter spp, Serratia spp, Enterobacter spp. və Enterobactericeae fəsiləsinin digər nümayəndələri, həmçinin Enterococcus spp, CANDİDA spp, STAPHYİLOCOCCUS AUREUS bağırsağın normal flora nümayəndələri olub, qastroenterokolit törədiciləri hesab edilmir və nəcisin əkilməsi zamanı bunlardan hər hansı birinin izolyasiyası normal floranın inkişaf etməsi deməkdir. Bu normal flora nümayəndəsinə antibiotik həssaslıq  testinin çalışılması əhəmiyyətsizdir və bu "mikroblara" görə uşağı müalicə etmək yalnışdır.Ən çox aşkarlanan "mikroblardan" stafilokokkdur ki,(staphylococcus aureus)bəzən  hətta ana südündə bu "mikrobu" tapıb uşağa ana südünün verilməsini də məhdudlaşdırırlar.Az qalsın nəcisi yaşıl olan hər uşaqdan bu "mikrobu" tapıb aylarla müalicələr aparılır ki,bu yersizdir. Staphylococcus aureus qida zəhərlənmələri törədicisi  ola bilər,kəskin toksikoinfeksiyalara şübhə olduqda araşdırılır və paralel olaraq qusuntu və nəcisdə toxini və özü tapılmazsa törədici sayılmır və antibiotik həssaslıq testi çalışılmır.
 Ümumiyyətlə isə,kəskin və xroniki ishallar təkcə bakteriya mənşəli deyil. Müxtəlif parazitlər, viruslar bir sıra genetik və  autoimmun xəstəliklər də ishal törətdiyindən, nəcis əkilməsindən alınan nəticələr klinik əlamətlərlə birgə müalicə həkimi tərəfindən dəyərləndirilib,səbəbə yönəlik müalicə aparılmalıdır.

loading...

Həmçinin oxuyun