• 16-dek-2018, 20:00

İnək südü allergiyası

 

İnək südü allergiyası haqqında danışım sizə,maraqlı bir fakt üzərindən.


Bir pasient gəldi, 4 aylıq körpə, şikayet olaraq nəcisdə bol selik, qan. 10 gün xəstəxanada yataraq bağırsaq infeksiyasına görə antibiotiklərlə müalicə almış, bir ara qan keçmiş. Evə çıxmış, bir neçə gün sonra təkrar uşağın nəcisində qan görən valideyn qorxudan artıq evdən antibiotikə başlayaraq bizə müraciət etdi.
Əlində nəcis analizi, analizdə bol selik qan çıxmışdı. Uşağın müayinəsində, bağırsaq infeksiyasına dair əsas əlamətlərdən, çəki itirmə, gündə 10 dəfədən çox davam edən ishal, hərarət yüksəlməsi kimi əlamətlər olmadığından ağıla gələn əsas diaqnoz İnək südü allergiyası oldu. Uşaq inək südündən hazırlanmış süni qida qəbul edirdi. Nəcis əkilməsi istəyərək cavab çıxana qədər, uşağı tam hidrolizə yeməyə keçirdik. Əkilmə çıxana qədər də, nəcisdə qan və selik tamamən itdi. Əkilmədə də təbii ki patogen mikroorqanizm inkişaf etmədi. Nəcis ümumi analizi də tam normal gəldi. Nəticəyə sevindik, boşuna yeyilən antibiotiklərə isə üzüldük.
Deməli, İnək südü allergiyası olan uşaqlarda, əsas əlamətlərdən nəcisdə qan, inkişaf geriliyi, qusma, sancılar, qəbizlik, davamlı narahatlıq, kimi əlamətlər görülür. Övladınız süni qida yeyir, heç bitməyən bir narahatlığı varsa bu diaqnoz mütləq ağıla gəlməlidir.
Bu problem yalnız inək südü qidaları yeyən uşaqlarda deyil, keçi südü məhsulu, ana südü yeyən uşaqlarda da görülə bilər. İnək südü məhsulu yeyən uşaqların qidasını tam hidrolizə qidaya dəyişməklə,ana südü yeyən uşaqlarda isə ananın qida rasionundan inək südü məhsullarını tam çıxarmaqla müalicə edilir.


"Əşşi keçmişdə hamı inək südü yeyib böyüyüb belə problemlər olmayıb" düşünənlərə də məndən salam olsun



loading...

Həmçinin oxuyun