• 23-iyn-2018, 20:40

Əlvida Qrip, Salam Allergiya

 
 Uzun və xəstəlikləri ilə yorucu qış fəslini geridə qoyduq. Ən vacib, həkimlə ən çox danışılan mövzu isə "Necə edək bu uşaq xəstələnməsin?" oldu.

 Təəsüf ki, baş verə biləcək xəstəlik hallarını önləmək üsulları tibbə hələ məlum deyil. Bəlli bir infeksion xəstəliklərdən qorunmaq üçün peyvəndlər xaric.

 Lakin mövsümün çox yayılmış xəstəliklərindən olan Allergik xəstəliklərin müəyyən qədər qarşısını almaq, uzun müddətli remissiya (xəstəlik əlamətləri olmadan keçən dövr) almaq mümkündür. Əsas o ki uşaqlarda Allergik xəstəliklərin əlamətlərini bilərək vaxtında müraciət edilsin.

 ⚠️Uzun müddət uşaqda davam edən "qripəbənzər" əlamətlər.✔️Burun axma, asqırma, burun tıxanıqlığı, burun və göz qaşınmaları və.s;

 ✔️Boğucu və uzun sürən öskürəklər, xüsusən uşaq qaçarkən, ağlayarkən tutan nəfəs darlığı;
 ✔️Gecə öskürəkləri;
 ✔️Dəridə köpəşmiş, qaşınan, yandırıcı səpgilərin, atopiya olması
 ✔️Ailədə allergik xəstəliklərin varlığı və.s simptomlar varsa mütləq mütəxəssisə müraciət edin.

loading...

Həmçinin oxuyun