• 17-iyn-2018, 23:24

Uşağın burunla nəfəs almasına fikir verin!!!

 


✅Südəmər uşaqlarda burun tənəffüsü pozulduqda uşaq süd əmə bilmədiyindən döşdən imtina edir və sonda ac qalır. Bu hal uzun müddət davam edərsə, körpənin çəkisi az artır, o pis inkişaf edir, orqan və toxumaların hipoksiyası (oksigen ilə tam təmin edilməməsi) əmələ gəlir.


✅Burun tənəffüsünün pozulması uzun müddət davam edərsə, bu hal mərkəzi sinir sisteminin pozğunluğuna, kəllədaxili təzyiqin artmasına gətirib çıxara bilər. Bu zaman uşaq narahatlıq keçirir, başağrıları, yuxusuzluq meydana çıxır.


⚠Son nəticədə, daima ağızla nəfəs alan uşaqlar soyuqdəyməyə tez-tez məruz qalırlar. Çünki soyuq hava ağızdan birbaşa tənəffüs yollarına daxil olur (normal burun tənəffüsü zamanı hava burun boşluğunda bir qədər isidilir və tozdan da təmizlənir).



loading...

Həmçinin oxuyun