• 08-apr-2018, 22:13

Uşaqlarda kəskin bağırsaq infeksiyaları (KBİ)

 


 ✅Uşaqlarda təsadüf edilən infeksion xəstəliklər arasında kəskin bağırsaq infeksiyaları dördüncü yeri tutur. Azyaşlı uşaqlarda baş verən daha təhlükəli hesab edilir.


 ✅KBİ onlarda yalnız mədə-bağırsaq sistemi üzvlərini deyil, həm də ürək, baş beyini, ağciyərlərin zədələnməsinə səbəb ola bilər.


 ✅Bəs uşaqda KBİ olmasını necə bilmək olar?


 ✔İlk növbədə uşaqda yüksək hərarət (bəzi hallarda temperatur 40C-dən də artıq olur), süstlük, halsızlıq, baş ağrısı, qarında ağrı, qusma, duru nəcis ifrazı (bəzən nəcisdə qan zolaqları və sarı-yaşıl selik də olur) əmələ gəlir.


 ✅KBİ ilə yoluxma, adətən, 3 yolla baş verir?


 ✔Qidalanma yolu ilə - infeksiyalaşmış məhsullarla qidalanan zaman;


 ✔Su yolu ilə - açıq su hövzələrində çimərkən su udulması, çirklənmiş sudan məişət xidmətləri üçün istifadə edilməsi (qab-qacaq, meyvə-tərəvəz yumaq);


 ✔Məişət-kontaktı yolu ilə (çirkli əllər vasitəsilə).

 ___________________________________________________

 ?070-673-83-81



loading...

Həmçinin oxuyun