• 12-mar-2018, 20:36

Uşağın çəkisi niyə artmır?

 


 Çəki artımının pis olmasının 3 qrup səbəbi olur. Birinci qrup səbəblər – qeyri-adekvat, balanslaşdırılmamış qidalanma.
 Ana südü ilə qidalanan uşaqlara ananın südü, sadəcə olaraq azlıq edə bilər, yəni ananın südü uşağa tələb olunan miqdardan az ola bilər. Ana südünün çatmadığı aşkar edildiyi hallarda uşağa əlavə qida (ana südünü əvəz edən adaptasiya olunmuş qida qarışığı) verilməlidir.


 İkinci qrup səbəblər - qidanın mədə-bağırsaq sistemi tərəfindən pis mənimsənilməsi.
 Bu zaman qidalanma düzgün və miqdar etibarı ilə kifayət qədər olsa da bağırsaqda olan problemlər səbəbindən (laktaz çatışmazlığı, seliakiya və s.) qəbul edilən qidalar pis mənimsənilir. Əgər çəki artımının az olmasının səbəbi bağırsaq olarsa, bu, nəcis ifrazının pozulması (əksər hallarda nəcis duru, köpüklü, kütləsi çox və pis həzm olunmuş olur) və qarında olan ağrılarla müşayiət olunur.


 Üçüncü qrup səbəblər: maddələr mübadiləsinin pozulması səbəb ola bilər.

 ___________________________________________________

 ?Avrasiya Hospital/ Bakı şəhəri, Nəsimi r-nu, Ak. Həsən Əliyev küç. 15
 ?070-673-83-81



loading...

Həmçinin oxuyun