• 10-mar-2018, 20:57

İSHALI OLAN UŞAĞI HANSI HALLARDA HƏKİMƏ GÖTÜRMƏK VACİBDİR?

 
 Uşaqlarda tez tez rast gəlinən xəstəlik hallarından biri də ishaldır. İshalı olan uşağa ev şəraitində bol maye vermək,südəmər uşaqdırsa bol bol əmizdirmək, düyü həlimi,süzmə,qatıq,kəsmik kimi turş süd məhsulları və başqa həzmi asan qidalar verərək izləmək və mümkün olduğunca uşağı evdə sağaltmağa çalışmaq lazımdır.

 Lakin;

 -Uşaqda ishalla yanaşı yüksək temperatur,halsızlıq,dəridə avazıma əlamətləri varsa

 -Uşaqda susuzlaşma əlamətləri hiss edirsinizsə(quru dil,quru dəri,ağlayarkən göz yaşının olmaması,6 saatdan çox sidiyə getməmə)

 -Uşağın nəcisində az da olsa qan görürsünüzsə vaxt itirmədən uşağı mütləq həkim müayinəsinə götürməlisiniz.


loading...

Həmçinin oxuyun