• 17-yan-2018, 21:41

Valideynlərin nəzərinə !

 

Bu hallar baş verincəyə qədər evdə "müalicəni"davam etdirə bilərsiniz.


 Övladını ev şəraitində "müalicə" edən Analar xüsusi narahatlıq və təlaş içində olurlar."Görəsən bunlarla uşağı daha da  ağırlaşdırmaram ki?" "Nə qədər vaxta kimi gözləyə bilərəm?" "Hansı əlamətlərin uşaqda olması narahatlığa əsasdır?"kimi suallar sıx sıx soruşulur
 Uşaqda aşağıdakı əlamətlər varsa vaxt itirmədən müalicə üçün həkimə götürməlisiniz.


 -Öskürək xəstəliyin əsas əlamətinə çevrilibsə.


 -Müvəqqəti yaxşılaşmadan sonra xəstəliyin geri daha ağır qayıtması və pisləşmə hiss edirsinizsə


 - Uşaqda xəstəlik əlamətləri 7 gunden cox davam edirsə.( Virus infeksiyasına bağlı əlamətlər adətən 7 günü keçmir)


 - Dərindən nəfəs alma zamanı (uşaqlarda bu adətən ağlama zamanı olur)öskürək tutması baş verirsə.Böyük yaş uşaqları dərindən nəfəs alıb verdirdikdə öskürək tutması olursa


 -Uşağın rənginin solğun və çox avazımış olduğunu hiss edirsinizsə.(bakteriyal infeksiyalarda bakteriyalar toksin ifraz edir və bu toksun damarları daraltdığı üçün uşaq avazımış olur)


 -Çox yüksək olmayan qızdırma zamanı uşaqda təngnəfəslik,çətin nəfəs aldığını hiss edirsinizsə


 - 3-4 ayından balaca körpələr


 -Qızdırmadüşürücülər effekt  vermirsə,uşağın bir Pediatr tərəfindən müayinə olunması mütləqdir!



loading...

Həmçinin oxuyun