• 12-avq-2017, 00:14

QUSMA, İSHAL NİYƏ BU QƏDƏR ÇOX YAYILIB?

 
 Yay aylarında havaların çox isinməsi ilə əlaqədar orqanizm buxarlanma və tərləmə şəklində çox miqdarda maye itirir və bu mayeni yerinə qoymaq,susuzluğu aradan qaldırmaq üçün alınan,təmizliyinə diqqət edilmədən istifadə edilən hər cür içəcək,xüsusilə,mənşəyi bilinməyən,açıqda satılan,"içməli"sular və bu sularla yuyulmuş meyvə və tərəvəzlərin istifadəsi yay aylarında artmış qusma,ishal hallarının əsas səbəblərindəndir. Pikniklərdə,dənizdə və s.  kirli hesab edilən suyu içməsələr belə,bu suda yuyulmuş meyvə və tərəvəzlərə də mikroblar bulaşır.Xüsusi olaraq,qabığı soyulmadan yeyilən yeyəcəklər daha çox risk daşıyır.
 
Digər tərəfdən,istinin təsirindən yeyəcəklər daha tez pozulur.İstidə,açıqda qalan yeyəcəklər üzərində mikroblar səbəbilə qidalar xarab olur.Südlü,mayonezli qidalar,ət,krem,yumurta digər qidalara görə daha tez xarab olma riski daşıyır.Ona görə isti havalarda mikroblarla bulaşmış,düzgün saxlanılmayan bu qidaların yeyilməsi zamanı ağız yolu ilə mikroblar mədə bağırsağa düşərək,ürəkbulanma,qusma,ishal bəzən də qızdırma kimi hallara səbəb olur.Bundan başqa,yay mövsümündə  səyahətlərin artması,qidalanma rejimi və qaydasındakı dəyişikliklər,ağcaqanad,milçək və başqa böcəklərin qidalara təması səbəbi ilə qusma,ishal şikayətlərində artış görülür.Təbii ki bu səbəblər arasında təmizliyinə əmin olunmayan hovuzlarda və kirli dəniz suyunda üzmək,bu suların udulması bakteriyalarla bulaşmaq üçün başlıca səbəblərdəndir.

 Qorunmaq üçün nə edilməlidir!
 Şəxsi gigiyena çox önəmlidir.Əllər sıx- sıx,bol su ilə və sabunla ən az 30saniyə ovularaq yuyulmalıdır.İstifadə olunan qidaların təzə olmasına,saxlanma şəraitinə,son istifadə tarixinin keçməməsinə diqqət edin.Yaxşı paketlənməmiş,açıqda satılan yeyəcəklər və təmizliyinə əmin olmadığınız "içməli" sulardan uzaq durmalısınız. Pasterizə olmayan süd və süd məhsullarını isə qətiyyən istifadə etməməlisiniz.

loading...

Həmçinin oxuyun