• 07-sen-2016, 22:47

"LYAMBLİYANIN" QANLA DİAQNOSTİKASI YALNIŞDIR!!

Uşaqlara qan analizi ilə qurd xəstəliklərinin diaqnostikası qeyri-informativ bir üsuldur.Əgər uşaqda qurd xəstəliklərinin əlamətləri varsa mütləq "Nəcisin ümumi analizini" vermək lazımdır.Dəqiq diaqnostika üçün Nəcisin analizini təkrarlamaq lazımdır.Qanda Lyambliya( Giardia intestinalis) əleyhinə İg G antitelinin "pozitiv" çıxması Lyambliyanı müalicə etməyə əsas vermir.

Bütün qurd xəstəliklərində görülən qeyri-spesifik əlamətlərdən başqa(iştahsızlıq,ürəkbulanma,dəridə səpgilər,qarında ağrı,ağızdan pis qoxunun gəlməsi və s) Lyambliyada görülən əsas əlamət STEATOREYAdır.Yəni yağlı nəcis.Əgər hiss etsəniz ki,övladınızın nəcisi yağlıdır mütləq nəcis ümumi analizini təkrar-təkrar analizə verin.

Lyambliya haqqında yayılmış yalnış fikirlərdən biri də onun öddə yaşamasıdır.Nəzərinizə çatdırım ki,Lyambliya öddə deyil 12 barmaq bağırsaqda yaşayır və ULTRASƏS MÜAYİNƏSİNDƏ (UZİ)GÖRÜNMÜR)

YALNIŞ DİAQNOZLARLA, YALNIŞ MÜALİCƏLƏRDƏN KÖRPƏLƏRİNİZİ QORUYUN!SAĞLAM OLUN!

loading...

Həmçinin oxuyun