• 12-sen-2016, 02:41

VITAMINLƏR VƏ SAGLAM HƏYAT TƏRZİ

Vitaminlər bədəndəki metabolik proseslərin normal şəkildə meydana gəlməsi və davam etdirilməsi üçün lazım olan və qidalar içində az miqdarlarda olan maddələrdir.

Sağlam həyat üçün hansı qidalar lazımdır?
Qidaların 4 əsas maddəsi olan proteinlər, yağlar, karbohidratlar və yemək duzu kimi makroqidalandırıcılar saf şəkildə qəbul edildikdə, kifayət qədər bədənə daxil olsalar da, sağlam həyata davam etmək üçün kifayət etmirlər.
Bunlarla bərabər vitaminlər və dəmir, sink, mis, yod, xrom, maqnezium, manqan, molibden, venadium və silisium kimi əsas minerallar da qəbul edilməlidir.

Bədənimiz üçün lazım olan vitaminlərin hamısını qidalardan ala bilərikmi?
Bəli. Tərkibində karbohidrat, protein və yağ kimi əsas qida maddələri kifayət qədər miqdarda olan qidalarla qidalanma, bəzi xüsusi hallar istisna olmaqla, bədənin gündəlik ehtiyacını ödəyəcək qədər vitaminlə təmin edir. Lakin gündəlik qidalanmanız tərəvəz, meyvə, dənli bitkilər, süd məhsulları, ət, yumurta kimi proteinlə zəngin qidalardan hər hansı birindən ibarət deyil, və ya az miqdarda ibarətdirsə, ehtiyacınız olan vitaminlərin hamısını qidalardan ala bilmədiyiniz üçün əlavə vitamin qəbuluna ehtiyacınız var.

Qidalar saxlanıldıqda vitamin itirirmi?
Qidalar bişirmə, saxlanma və qızdırma zamanı vitaminlərini itirə bilər. Qidaların içindəki yağda həll olan vitaminlər hava və işığın təsirinə çox da məruz qalmırlar. Tiamin (B1 vitamini), fol turşusu, pantoten turşusu (B5 vitamini) və xüsusilə askorbin turşusu (C vitamini) kimi suda həll olan vitaminlər isə, qida maddələrinin qaynadılması və qızardılması zamanı qismən parçalanır. Yemək suyunun atılması da, qidaların içindəki suda həll olan bir qisim vitaminlərin itirilməsinə səbəb olur.

Qadınlar kişilərə nisbətən qidalanma ilə bağlı pozğunluqlara qarşı daha həssasdırlar?
Qadınların çoxunun kalori ehtiyacı və aldıqları kalori miqdarı kişilərdən azdır. Bu səbəblə kifayət qədər vitamin və mineral qəbulunu təmin etmək üçün, qadınlar qida tərkibi bol olan bir pəhriz tutmalıdırlar. Qadınların kalsium və dəmir ehtiyacı kişilərdən çoxdur. Hamiləlik, laktasiya və oral kontraseptivlərin istifadəsi də bədənin vitamin balansını pozur. Vitamin çatışmamazlığı, bəzi qadınların menstruasiya periodundan qabaq bir çox şikayətlərinə səbəb olur.

Hamilə və süd əmizdirən qadınların hansı vitaminlərə ehtiyacı var?
Hamiləlik və ya süd vermə zamanı, istər ana, istərsə də döl və ya uşağın A, C, B1, B6, B12, fol turşusu vitaminlərindən əlavə, dəmir, kalsium kimi mineral ehtiyacları artır və bu ehtiyacı qarşılaya bilmək üçün, vitamin preparatlarına müracitə etmək lazım ola bilər.
Kalsiumun orqanizm üçün əhəmiyyəti nədir?

Kalsium doğumdan qocalığa qədər sümük, diş əti və dərnaqların sağlam inkişafı ilə bərabər, sümük itkisinin qarşısını almaq üçün lazımdır. Yaş ötdükcə, kalsiumun sorulması azalır.

Yaşı 30-dan çox olan qadınların vitamin və kalsium qəbuluna niyə ehtiyacı var?
Xüsusilə 30 yaşından sonra qadınlar daha çox kalsium itirməyə başlayır. Menopauza ilə birlikdə bu itki sürətlənir və osteoporoz əlamətləri (sümüklərdə zəifləmə, ağrı) üzə çıxa bilər.

Kalsiumun sorulması və orqanizm tərəfindən tam olaraq istifadə edilə bilinməsi üçün D vitamini və ümumi sağlamlğın qorunmasında vitaminlər çox önəmlidir. Qadınlar 30 yaşından sonra süd və süd məhsullarından daha çox istifadə etməli, günəş işığından daha çox yararlanmalı və idmana vaxt ayırmalıdırlar.

Dəmirin insan orqanizmi üçün əhəmiyyəti nədir?
Qanın ən əsas funksional komponentini əmələ gətirən dəmir, hüceyrələrə oksigen daşınması və beləcə hüceyrələrdəki oksidləşmənin davam etdirilməsi üçün lazımlıdır. Dəmir çatışmamazlığıı ilə əlaqəli olaraq, qanazlığı, yorğunluq və əmək qabiliyyətində azalma görülür.

Qadınların kişilərdən daha çox dəmirə ehtiyacı var?
Kişilərin dəmir ehtiyacı gündə 10 mq, qadınlarınkı usə 15 mq-dır. Qadınlar hər ay aybaşı (menstruasiya) zamanı qan itirdiyindən, bundan əlavə hamiləlik və əmizdirmə zamanı uşağın dəmir ehtiyacını ana ödədiyindən, dəmirə ehtiyac artır. Qadınların dəmir toplayıb saxlama qabiliyyəti aşağı olduğundan, onlar dəmir qəbuluna xüsusi ehtiyac duyurlar.

İqlim və coğrafi bölgə vitamin ehtiyacına təsir edirmi?
İqlim və coğrafi bölgə şərtlərinə görə D vitamininə olan ehtiyac dəyişə bilər. Günəşli bir mühitdə, açıq havada yaşayanlarda dəridə kifayət dərəcədə vitamin sintez edildiyi üçün bu vitaminə ehtiyac azalır. D vitamininin ən əsas qaynağı dəridir.
Şimal ölkələri və dərin vadilər kimi az günəşli yerlərdə yaşayan və peşəsi ilə əlaqəli olaraq gündüz vaxtını qapalı məkanlarda keçirənlərdə D vitaminə ehtiyac artir.

loading...

Həmçinin oxuyun

Şərhlər 2

Namiq (Üye)
Tewekkur edirem informasiyaya gore

Gunay (GunayResulova.Com)
Buyurun Namiq bəy

Buyurun Namiq bəy