- 06-noy-2017, 21:12
6 AYLIQ KÖRPƏ MENYUSU

Ana südü ilə qidalanan körpələrin ilk 6 ay əlavə qidalanmaya ehtiyacı qalmır. Ana südü və süni qida qəbul edən uşaqlarda da həmçinin məcbur qalmadığı müddətcə (Uşaq "smesdən" imtina edirsə və ya ana südü yetərli gəlmir,uşaq çəki almırsa 4- 5 ayında əlavə qida başlanıla bilər) əlavə qidalanmaya tələsməməlisiniz. Həmçinin,əlavə qida qəbulunu 6 ayından sonra gecikdirmək də qətiyyən olmaz.Çünki , ana südü körpənin qidalı maddələrə və kaloriyə olan tələbatını yalnız ilk 6 ay qarşılaya bilər. Ondan sonra isə əlavə qida şərtdir.
Bəs 6 ayimizi tamamladıqdan sonra əlavə qidaya necə keçək?
-Alışdırma üsulu ilə ilk başlanacaq əlavə qida meyvə (alma və ya mövsümə görə şaftalı)və ya tərəvəz püresi (kartof, kök, kartof qəbizlik verən uşaqlar balqabaq) taxıllardır ( düyü,qarabaşaq,düyünün qəbizlik verdiyi uşaqlar bulgur) və evdə hazırlanmış suyu süzülmüş qatıqdır. İlk meyvələrdən başlayan bəzi uşaqlar tərəvəzləri çətin qəbul etdikləri üçün, ilk tərəvəzlərdən başlamanız daha uyğun olar.
-Başladığımız hər əlavə qidanın təsirini ən az 3 gün gözləyək və tək komponentli əlavə qida verək (Diqqət etməyimiz gərəkən nüanslar,uşaqda səpgi,qusma,ishal,qəbizlik olsa bu qidanı durdurub ən az 2 həftə sonra yenidən sınamaq olar)
-Püreləri buxarda bişirmək, meyvələri ayna və ya taxta süzgəcdən keçirməli, blendrla qida liflərini məhv etmək və uşaqda çeynəmə funksiyasının inkişafını ləngitmək qətiyyən məsləhət deyil.
-Bütün növ meyvə və ya tərəvəz püreləri, qatıq, taxıllı, sıyıqlar evdə hazırlanmalıdır, mövsüminə uyğun, organik qidalar seçilməlidir
-Taxıllı sıyıqların hazırlanmasında inək və ya keçi südündən istifadə edilməməlidir(1 yaşa qədər heyvani südlər qadağandlr). Hazırlanmış sıyıq kənarda soyuduqdan sonra 2-3 qaşıq "smes"lə və ya ana südü ilə südləndirilə bilər
-1 yaşa qədər körpələrin əlavə qidasına duz və ya şəkər əlavə etmək məsləhət deyildir.Dadlandırmaq üçün zeytun yağı,düyü və ya bulgur əlavə etmək olar
-1 yaşa qədər tövsiyyə edilməyən əlavə qidalar-badımcan,paxlalılar, yumurtanın ağı, çərəzlər,bal, mürəbbə(konserv qidalar)
-Qida porsiyaları 1 neçə gün ərzində yavaş- yavaş artırmaqla verilməlidir.
-7 ayına gəlmiş uşaq qida rasionunda artıq meyvə,tərəvəz püresi,taxıllı sıyıqlar,süzülmüş qatıq,yumurta sarısı 1/3 hissəsi,həftədə 2 dəfə olmaqla tam porsiya olmuş olmalıdır. Əlavə qidalanmaya başlamış uşaqda baş vermiş hər hansı bir qida reaksiyasını pediatrinıza mütləq bildirməlisiniz.
Xülasə, 6 aylıq uşağın yeyə biləcəyi qidalar: Kartof, kök, gül kələmi, balqabaq, brokoli, "kabaçki" (hər biri 3 gün təsirini gözləməklə az az alışdırılaraq rasiona əlavə edilməlidir)alma, banan və digər mövsümi meyvələr, taxıllı sıyıqlar düyü, qarabaşaq, buğda,herkules, mannı,süzülmüş qatıq, tədricən duzsuz pendir, kəsmik, şəkərsiz peçenye, yumurta sarısı..
loading...