• 05-mar-2017, 21:34

TƏRƏVƏZ SEVMƏYƏN UŞAQ

 
Yemək seçiciliyin bir çox tipi var. Ancaq bunların arasında ən çox rast gəlinən şübhəsiz tərəvəz yeməyən uşaqlardır. Bir çox evdə ən böyük problemi tərəvəz yaradır. 

Yemək seçmək hər uşaqda rast gəlinən təbii bir prosesdir və ümumiyyətlə uşaq böyüdükcə və məktəb çağına gəlincə seçiciliyi azalır. Tərəvəzlər uşaqların böyümə və inkişafı üçün çox əhəmiyyətli olan vitamin və minerallarla əhatə olunmuşdur. Sağlam hüceyrələrin inkişafı, göz, dəri və sümük sağlamlığı üçün çox təsirlidir və xəstəlik və infeksiyalara qarşı bədəni gücləndirir. İçindəki liflər sayəsində isə həzm sisteminin və qan şəkərinin tarazlaşdırılmasına köməkçi olurlar. Dad hüceyrələrimiz təbii olaraq şirin və duzlu ləzzətləri seçir. Tərəvəzlər hər iki qrupa da girmədiyi üçün seçim edilməmələri də çox normaldır. Uşaqlıq dövrü, yemək seçimləriniz inkişaf və ömür boyu davam edəcək vərdişlərin formalaşdığı bir dövr olduğu üçün tərəvəzlər hazır, əlçatan olmalı və uşaq bunları istifadə etməlidir. Ana- atalar uşaqlarına təqdim ediləcək yeməklərdən məsuldur. Ancaq nəyi yeyib- yeməyəcəyinə uşaq qərar verməlidir.

Uşaqlarda 2 yaş ətrafında yemək bazarlığı başlayır. Belə zamanlarda, uşaqlara istədikləri yeməkdən daha çox vermədən əvvəl digər (tərəvəzli) yeməklərin mütləq dadına baxmalarını istəməliyik. Bu vəziyyətdə seçki uşağın əllərinə buraxıldığı üçün müsbət nəticə ala bilərik. Sevdikləri tərəvəzləri təqdim etməyə davam edərkən yanlarına yeni tərəvəzlər uşaq böyüdükcə əlavə edilə bilər. Tərəvəzi rədd edən uşağın qabına tərəvəz qoymamaq, hələ ki tərəvəzi süfrəyə gətirməmək çox səhv bir yanaşmadır. Analar ailə fərdləri üçün fərqli- fərqli yeməklər bişirməməlidir. Tək növ yemək edin və uşağınıza fərqli variant verməyin. Ən çox 2 alternativ tərəvəzli yemək edin və birini seçməsini söyləyin. Buradakı prinsip, uşağın hər zaman makaron yeyə biləcəyini düşünməməsidir. Hər nə olursa olsun uşağınıza bir tərəvəzi zorla yedirməyin. Bir yeməyi yeməsi üçün uşağa nə qədər təzyiq etsəniz o qədər müqavimət göstərəcək.


loading...

Həmçinin oxuyun