- 03-mar-2017, 10:25
KÖRPƏNİZ ÜÇÜN ÇOX LƏZZƏTLİ BİSKİVİT
Tərkibi:
2 çay stəkanı buğda unu
1/2 çay stəkanı manna yarması
2 çay stəkanı düyü unu
4 yemək qaşığı kərə yağı
1 yemək qaşığı qatıq
2-3 yemək qaşığı qatıq suyu
Hazırlanması:
Qabınıza otaq istiliyində yumşalmış olan kərəyağını, manna yarmasını, düyü ununu, qatığı və qatıq suyunu əlavə edib yoğurun. Buğda ununu az-az əlavə edərək yoğurmağa davam edin. Elə yapışmayacaq yumşaq bir xəmir əldə edin. İstədiyiniz kimi şəkilləndirərək yağlı kağız sərdiğiniz soba nimçəsinə düzün. Əvvəldən 175 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə qədər bişirin. Üstləri qızarınca bişmiş deməkdir.
loading...