- 28-fev-2017, 17:45
"GÜNDƏ BİR ALMA" PRİNSİPİNİ BİLİRSİNİZ ?
Gündə bir alma yeyən insanlar xəstəliklərdən qorunacağına inanır. Alma çox gözəl bir qida qaynağıdır. Üstəlik körpələrimizin tam da damağına layiqdir.
Almanin faydaları:
Almanın əhəmiyyəti tərkibində iki fərqli növdə lif saxlamasıdır. Alma eyni anda həm həll olan, həm də həll olmayan lifləri saxlayır. Bu da bağırsaq hərəkətlərini təşkil edir. Bilinən bütün faydalarına baxmayaraq tədqiqatçılar alma ilə əlaqədar bütün gerçəklərə hələ çatmadıqlarını söyləyirlər. Yəni, almanın bilinməyən faydaları da var. Uzun sözün qısası sağlam bir həyat üçün "alma" ən təməl köməkçimizdir. Nəzərə alın ki alma anaların körpələrinə təqdim edə biləcəkləri ilk qidalardan biridir. Hazırlaması asan, həzmi rahat və bəsləyicidir. Almanın faydaları saymaqla bitmir. Analar daha nə istəyir? Üstəlik almanı çox fərqli şəkillərdə istifadə edə bilərsiniz. Demək olar ki, hər hazırladığınız yeməyə qata bilərsiniz. Diləsəniz uşağınızın yoqurtuna, diləsəniz tərəvəz pürəsinə, diləsəniz keksinə qarışdırın.
Alma suyunun faydaları da eyni şəkildə etibarlıdır. Almaya meyvə şəkəri daxildir. Şirin və bəzən yüngül, turş dadı tapılmayan bir dadlandırıcıdır. Almanı hər cür yeməyi şirinləşdirmək üçün şəkər yerinə istifadə edə bilərsiniz. Alma pürəsi, möcüzə bir dadlandırıcıdır və bir çox yeməkdə istifadə edilə bilər. Alma və qabıqları yeyilən bütün meyvələri körpənizə yaşına uyğun şəkildə, qabığıyla verməyə çalışın. Almanı qabığıyla blendirdən keçirdiyinizdə qabıqların az qala görünməz hala gəldiyini bilirdinizmi?
1 orta boy almada
Vitaminlər:
Vitamin A - 73 IU
Vitamin C - 9 mq
Vitamin B9- 4 mcg
Vitamin E - 66 IU
Mineraller:
Kalium - 158 mq
Kalsium - 9.5 mq
Fosfor - 9.5 mq
Maqnezium - 7 mq
Selenium - 4 mq
loading...