• 13-dek-2018, 19:30

Uşaqlarda angina sonrası böyrək problemləri.

 
Əsasən 5-12 yaş uşaqlarda angina sonrası bir sıra ciddi agırlaşmalar görülə bilər. Bunlardan Kəskin Revmatik qızdırma, Kəskin Glomerulonefrit örnək vermək olar. Angina, Faringit keçirmiş uşaqlarda 7-10 gün sonra, piodermiya, impetigo keçirmiş uşaqlarda 3-6 həftə sonra Glomerulonefrit əmələ gələ bilər. Bu infeksiyalardan sonra uşaqda Hematuriya (sidikdə qan), sidiyin ət suyu rəngində olması, proteinuriya (sidikdə zülal olması), ödem (şişkinlik) hipertenziya (qan təzyiqinin yüksəlməsi).

Şikayətlər: tez-tez sidiyə getmə, beldə ağrı, qarında ağrı, ürəkbulanma, qusma, təngnəfəslik kimi əlamətlər varsa mütləq həkimə bildirməli, uşaq ətraflı müayinədən keçirilməlidir.Tez -tez angina keçirən uşaqları (1 ildə 7 dəfədən çox, 2 il ard- arda ildə 5 dəfədən çox, 3 il ard- arda ildə 3 dəfədən çox) mütləq QBB (lor)həkimi nəzarətində olmalı,ağırlaşmaların qarşısını almaq üçün göstəriş varsa tonzilektomiya əməliyyatı edilməlidir. Angina zamanı boğazı müxtəlif məhlullarla silmək,sıxmaq,yumaq qəti qadağandır. Uşaqda Angina olduğunu düşünürsünüzsə kor- koranə antibiotik başlamaq olmaz, (Angina bənzər əlamətlər müxtəlif viruslarda da ola bilər) Glomerulonefrit müalicə olunan xəstəliklərdir. Müalicənin gecikdirilməsi ürək çatmazlığı,sinir sistemi ağırlaşmaları,korluq,kəskin böyrək  çatmazlığı kimi ağırlaşmalara səbəb ola bilər.

loading...

Həmçinin oxuyun