• 08-noy-2016, 21:52

UŞAĞI BAĞÇAYA GEDƏN ANALAR! DİQQƏT!

 
Uşaqlarda immun sistem yetkin olmadığına görə erkən yaşlarda tez tez xəstələnmələri tam normal haldır.Belə ki, bağçaya gedən uşaq ildə 7-8 dəfə Üst tənəffüs yolu infeksiyası,2 dəfə qastroenterit,1-2 dəfə sidik yolu infeksiyaları ilə xəstələnə bilər.Uşaq xəstələndikcə immunitet daha da güclənir və xəstəliklərdən qorunmaq üçün orqanizmdə yaddaş hüceyrələr əmələ gəlir.

YOL VERİLƏN ƏN BÖYÜK SƏHV,UŞAQ TEZ-TEZ XƏSTƏLƏNDİYİ ÜÇÜN ONU BAĞÇADAN UZAQLAŞDIRMAQDIR!.Belə etməklə formalaşmaqda olan orqanizmin immun müdafiəsinin yaranmasına mane olmuş oluruq.Tez-tez xəstələnən uşaqların valideynlərinin diqqət etmələri lazım olan məqamlar vardır.

-Əgər uşaq ildə 7-8 dəfədən çox Yuxarı tənəffüs yolu xəstəlikləri keçirirsə.
-Hər virus infeksiyasının gedişatında hər hansı bir bakterial infeksiya ilə ağırlaşma görülürsə(otit,mastoidit,pnevmoniya,abses və s).
-Uşaq 1 ildə 2 dəfədən çox pnevmoniya ilə xəstələnərsə.
-Antibiotik müalicəsinə effektsizlik varsa.
-Ailədə Primer immun yetməzlikli xəstə olmuşdursa.
-Uşaqda tez-tez göbələk infeksiyası görülürsə.
-Uşaqda təkrarlayan oral aftalar,damaq yaraları,qanamalar görülərsə.
-Uşaqda təkrarlanan dərinin irinli iltihabi xəstəlikləri görülərsə,bu əlamətləri Pediatrınıza bildirin! Sağlam olun!

loading...

Həmçinin oxuyun