• 11-fev-2020, 14:34

Ana südünün uşaqlar üçün önəmi


Hamıya məlumdur ki, körpə üçün ən ideal qida ana südüdür. Ana südünü əvəz edən heç bir qida yoxdur və heç vaxt da olmayacaq. Lakin bəzi hallar olur ki, hər hansi bir səbəbdən körpə ana südü ilə qidalana bilmir. Bu zaman körpə üçün ən xeyirli və maximum ziyansiz başqa bir qida seçmək lazımdır. Və ana südü yoxdursa seçiləcək ilk qida süni qarışıqlar (smes) olmalıdır. Bəzi analar düşünürlər ki, inək südü verək nəinki smes. Gəlin özümüz baxaq: inək südü yüksək zülal və mineral içərdiğindən böyrəklərə həddən artıq yüklənir. Sink və yod miqdarı az olduğundan zenhi inkişafı ləngiyir. D vitamin əksik olduğundan raxit riski yüksəkdir.

Inək südünün tərkibində dəmir mikroelementi həddən artıq azdır və hətta yox dərəcəsindədir ki, bu körpəyə lazım olan dəmir ehtiyacını təmin edə bilmir. Bundan əlavə inək südü ilə qidalanma bağırsaqlardan dəmir sorulmasını zəiflədir və yetərincə dəmir sorula bilmir nəticədə qanazlığı adlandırdığımız dəmir defisitli anemiya yaranır. Dolayısı ilə uşaqlarda iştahsızlıq əmələ gəlir. Hiperaktivlik verir.

Inək südü həddən artıq allergikdir və uşaqlarda diatez, allergiya yaratma ehtimalı daha çoxdur. Nəticədə uşaqlarda ən yüngül halda allergik diatez adlandırdığımız üzdə qabıqlanma, qızarma və köpüşüklük rast gəlinir ki, bu adi hal kimi görünsə belə əslində altda yatan gizli və təhlükəli allergik halın yarana biləcəyindən xəbər verir.

Inək südünün tərkibində olan zülalların terkibi ana südü ilə tamamilə ziddiyət təşkil edir və körpənin mədə-bağırsaqları bu zülalları həzm edə bilmir. Nəticədə zülal miqdarı çox olan inək südü körpə üçün sadəcə qarın doydurucu bir qidaya çevrilir.

Inək südünün tərkibindəki bu zülallar həzm oluna bilmədiyindən böyrəklərə çökür və böyrəklərdə ciddi dəyişikliyə səbəb olur.

Inək südü körpələrdə bağırsaqları zədələyir və hətta ağır hallarda inək südü alan uşaqlarda nəcisdə qana rast gəlinə bilir.

Bu  sadalanan  zərərlər əslində heçdə həmişə gözlə görünən olmur. Məsləhətdir ki, südün mayalanmış halını verək uşaqlara az duzlu pendir qatiq kefir kesmik. Çünki onların alınması zamanı fermentasiya prosesi nəticəsində südün tərkibində ki, protein quruluşu dəyişir. Zərərləri ortadan qalxır: Anemiya, Iştahsızlıq, Hiperaktivlik.

loading...

Həmçinin oxuyun