» » 6 AYIMIZA GƏLDİK, BƏS İNDİ BİZ NƏ YEYƏK??

6 AYIMIZA GƏLDİK, BƏS İNDİ BİZ NƏ YEYƏK??

 

 -Həkim, ən yaxşı "smes" hansıdır?


 -Ana südü) Başqası yalan..


 Məcbur və bəzi istisna hallar xaric mümkün olduğu qədər körpənizi ana südü ilə qidalandırmağa çalışmalısınız. (Yeri gəlmişkən "Ana südünün əkilməsi" nəticəsində çıxmış "mikroblar" süd verməyə əks gösteriş yaratmır)


 Ana südü ilə qidalanan körpələrin ilk 6 ay əlavə qidalanmaya ehtiyacı qalmır. Ana südü və süni qida qəbul edən uşaqlarda da həmçinin məcbur qalmadığı müddətcə (Uşaq "smesdən" imtina edirsə və ya ana südü yetərli gəlmir,uşaq çəki almırsa 4- 5 ayında əlavə qida başlanıla bilər) əlavə qidalanmaya tələsməməlisiniz. Həmçinin,əlavə qida qəbulunu 6 ayından sonra gecikdirmək də qətiyyən olmaz.Çünki , ana südü körpənin qidalı maddələrə və kaloriyə olan tələbatını yalnız ilk 6 ay qarşılaya bilər. Ondan sonra isə əlavə qida şərtdir.


 Bəs 6 ayimizi tamamladıqdan sonra əlavə qidaya necə keçək?


 -Alışdırma üsulu ilə ilk başlanacaq əlavə qida meyvə (alma və ya mövsümə görə şaftalı)və ya tərəvəz püresi (kartof, kök, kartof qəbizlik verən uşaqlar balqabaq) taxıllardır ( düyü,qarabaşaq,düyünün qəbizlik verdiyi uşaqlar bulgur) və evdə hazırlanmış suyu süzülmüş qatıqdır. İlk meyvələrdən başlayan bəzi uşaqlar tərəvəzləri çətin qəbul etdikləri üçün, ilk tərəvəzlərdən başlamanız daha uyğun olar.


 -Başladığımız hər əlavə qidanın təsirini ən az 3 gün gözləyək və tək komponentli əlavə qida verək (Diqqət etməyimiz gərəkən nüanslar,uşaqda səpgi,qusma,ishal,qəbizlik olsa bu qidanı durdurub ən az 2 həftə sonra yenidən sınamaq olar)


 -Püreləri buxarda bişirmək, meyvələri ayna və ya taxta süzgəcdən keçirməli, blendrla qida liflərini məhv etmək və uşaqda çeynəmə funksiyasının inkişafını ləngitmək qətiyyən məsləhət deyil.


 -Bütün növ meyvə və ya tərəvəz püreləri, qatıq, taxıllı, sıyıqlar evdə hazırlanmalıdır, mövsüminə uyğun, organik qidalar seçilməlidir


 -Taxıllı sıyıqların hazırlanmasında inək və ya keçi südündən istifadə edilməməlidir(1 yaşa qədər heyvani südlər qadağandlr). Hazırlanmış sıyıq kənarda soyuduqdan sonra 2-3 qaşıq "smes"lə və ya ana südü ilə südləndirilə bilər


 -1 yaşa qədər körpələrin əlavə qidasına duz və ya şəkər əlavə etmək məsləhət deyildir.Dadlandırmaq üçün zeytun yağı,düyü və ya bulgur əlavə etmək olar


 -1 yaşa qədər tövsiyyə edilməyən əlavə qidalar-badımcan,paxlalılar, yumurtanın ağı, çərəzlər,bal, mürəbbə(konserv qidalar)


 -Qida porsiyaları 1 neçə gün ərzində yavaş yavaş artırmaqla verilməli


 -7 ayına gəlmiş uşaq qida rasionunda artıq meyvə,tərəvəz püresi,taxıllı sıyıqlar,süzülmüş qatıq,yumurta sarısı 1/3 hissəsi,həftədə 2 dəfə olmaqla tam porsiya olmuş olmalıdır.


 Əlavə qidalanmaya başlamış uşaqda baş vermiş hər hansı bir qida reaksiyasını pediatrinıza mütləq bildirməlisiniz.


 Xülasə, 6 aylıq uşağın yeyə biləcəyi qidalar: 


Kartof, kök, gül kələmi, balqabaq, brokoli, "kabaçki" (hər biri 3 gün təsirini gözləməklə az az alışdırılaraq rasiona əlavə edilməlidir)alma, banan və digər mövsümi meyvələr, taxıllı sıyıqlar düyü, qarabaşaq, buğda,herkules, mannı( qanazlığı yaratmır),süzülmüş qatıq, tədricən duzsuz pendir, kəsmik, şəkərsiz peçenye, yumurta sarısı..


Nuş olsun. Sağlıqlı qidalanaq, sağlam olaq

loading...

"Doğru bilinən yalnışlar"haqqında-VİDEO

"Doğru bilinən yalnışlar"haqqında-VİDEO

 

ALLERGİK BRONXİT, YOXSA, BRONXİAL ASTMA??

ALLERGİK BRONXİT, YOXSA, BRONXİAL ASTMA??

 
 

ANA SÜDÜNÜN MÖCÜZƏ FAYDALARI!

ANA SÜDÜNÜN MÖCÜZƏ FAYDALARI!

 

REVMATİZM

REVMATİZM

 

"ÖSKÜRƏK ƏLEYHİNƏ" siropları körpələrinizə verməyin!

"ÖSKÜRƏK ƏLEYHİNƏ" siropları körpələrinizə verməyin!

 

KÖRPƏMİN YEMƏKLƏRİNƏ DUZ ƏLAVƏ EDƏ BİLƏRƏMMİ?

KÖRPƏMİN YEMƏKLƏRİNƏ DUZ ƏLAVƏ EDƏ BİLƏRƏMMİ?

 

Azərbaycanda olmayan QIZILÇA haqqında

Azərbaycanda olmayan QIZILÇA haqqında

 

MEYVƏ TƏRƏVƏZİN UŞAQLARA FAYDASI

MEYVƏ TƏRƏVƏZİN UŞAQLARA FAYDASI

 

Qəbizlikli uşaqlarda qidalanma

Qəbizlikli uşaqlarda qidalanma

 

✅Febril qıcolmalar (FQ)

✅Febril qıcolmalar (FQ)

 

UŞAQLARI QARACİYƏR SİRROZUNDAN BU PEYVƏND QORUYUR.

UŞAQLARI QARACİYƏR SİRROZUNDAN BU PEYVƏND QORUYUR.

 

İnək südü allergiyası

İnək südü allergiyası

 

Qurd Xəstəlikləri-VİDEO

Qurd Xəstəlikləri-VİDEO

 

Ləzzətli bəsləyici çörək.

Ləzzətli bəsləyici çörək.

 

2-3 aylıq uşağın inkişafına necə kömək edə bilərsiniz?

2-3 aylıq uşağın inkişafına necə kömək edə bilərsiniz?

 

Övladınızın sinir-psixi və motor inkişafı normaldırmı?

Övladınızın sinir-psixi və motor inkişafı normaldırmı?

  

"Soyuqlama" yoxsa Qrip?

"Soyuqlama" yoxsa Qrip?

 

"Uşağın boğazında ət varmı" necə bilmək olar?

"Uşağın boğazında ət varmı" necə bilmək olar?

 

Autizm Maariflendirmə

Autizm Maariflendirmə

 

UŞAQLARI ÇÖPÇÜYƏ GÖTÜRƏN ƏN SIX SƏBƏB!

UŞAQLARI ÇÖPÇÜYƏ GÖTÜRƏN ƏN SIX SƏBƏB!

 

UŞAQLARDA ƏMGƏK NƏ VAXT BAĞLANIR?

UŞAQLARDA ƏMGƏK NƏ VAXT BAĞLANIR?

 

KÖRPƏLƏRDƏ QƏBİZLİK

KÖRPƏLƏRDƏ QƏBİZLİK

  

UŞAQLARI ŞƏKƏRDƏN UZAQ TUTUN.

UŞAQLARI ŞƏKƏRDƏN UZAQ TUTUN.

 

UŞAQLARDA İŞTAHSIZLIQ VƏ ÇƏKİ AZLIĞININ ƏN TƏHLÜKƏLİ SƏBƏBLƏRİ

UŞAQLARDA İŞTAHSIZLIQ VƏ ÇƏKİ AZLIĞININ ƏN TƏHLÜKƏLİ SƏBƏBLƏRİ

 

"Uşağım aç qalır" narahatlığı köklüyə zəmin hazırlayır.

"Uşağım aç qalır" narahatlığı köklüyə zəmin hazırlayır.

 

GECƏ QİDALANDIRMANIN ZƏRƏRLƏRİ HAQQINDA

GECƏ QİDALANDIRMANIN ZƏRƏRLƏRİ HAQQINDA

 

7 AYLIQ KÖRPƏ MENYUSU

7 AYLIQ KÖRPƏ MENYUSU

 

KÖRPƏNİZ ÜÇÜN ÇOX LƏZZƏTLİ BİSKİVİT

KÖRPƏNİZ ÜÇÜN ÇOX LƏZZƏTLİ BİSKİVİT

 

Körpəm üşüyürmü?

Körpəm üşüyürmü?

 

UŞAQLARI "GƏZDİRİCİYƏ" QOYMAYIN!

UŞAQLARI "GƏZDİRİCİYƏ" QOYMAYIN!