• 06-iyn-2020, 19:39

Askarid qurdu (ASCARİS LUMBRİCOİDES)

 

Nəcisdə ortalama 15-20 sm uzunluğunda , ağ qurdlardır. Təmiz olmayan qida ilə adətən orqanizmə daxil olur. Adətən ev daxilində insanlar bu paraziti bir birinə yoluxdurur. 


ASKARİD QURDU XƏSTƏLİYİNİN ƏLAMƏTLƏRİ:


Adətən simptomsuz keçir.  


Qarın ağrısı,  gecə yuxu pozğunluğu, tez tez oyanma, kilo ala bilməmək, böyümə- inkişaf geriliyi, qanazlığı, halsızlıq, iştahsızlıq, ürəkbulanma, qusma, bədəndə səpgilər, parazitin çox miqdarda bağırsaqda toplanması bağırsaq keçməzliyinə belə səbəb olur. Bu parazit orqanizmdə invaziya müddətində ağciyərlərdən keçdiyinə görə uzun müddət davam edən öskürək, xışıltı, eozinofil pnevmoniyasına belə səbəb ola bilər.


ASKARİD QURDU XƏSTƏLİYİNİN DİAQNOSTİKASI:


Nəcis ümumi analizi verməklə diaqnoz qoyulur. ( ən az 3 dəfə) Bir analizdə parazitin aşkar olunmaması uşaqda bu xəstəliyi inkar etməz. Qanla və ya müəyyən aparatlarla diaqnostika yalnışdır. 


ASKARİD QURDU XƏSTƏLİYİNİN MÜALİCƏSİ:


Ailə üzvlərinin eyni vaxtda müalicə edilməsi şərtdir. Yataq dəstlərinin də qaynadılıb ütülənməsi vacibdir. Maximum 3 günlük , tək dərmanla, ümumi dünya müalicə protokoluna uyğun qaydada müalicə etməklə bu xəstəlik tamamən sağalır.


ASKARİDA QURDU XƏSTƏLİYİNİN PROFİLAKTİKASI: 


Şərti gigiyena qaydalarına əməl etmək, tez-tez əl yumaq vərdişi, dırnaqların tez-tez kəsilməsi, dırnaq yemək vərdişinin tərgidilməsi bu qurddan qorumada vacibdir. Çiy meyvə və tərəvəzlərin yaxşı yuyulmadan yeyilməməsi, yaxşı bişməmiş ət, fast-foodlardan qaçmaq, içməli suyun təmizliyinə əmin olmadan istifadə etməmək lazımdır.



loading...

Həmçinin oxuyun