- 17-iyn-2018, 23:06
Anaların qorxulu yuxusu,Limfa düyünü böyüməsi haqqında.
Uşaqlarda limfa düyünlərinin böyüməsi çox vaxt reaktiv,xoşxassəli böyümə olur.
Səbəbləri:
-Reaktiv
-İnfeksiya
-Autoimmun
-Bədxassəli xəstəliklər(limfoma,leykoz,Neyroblastoma,Rabdomiosarkoma ola bilər
Limfa düyünü böyüməsi (Limfadenopatiya)varsa,diqqət edilməsi gərəkən məqamlar;
1.Yerləşmə yeri.Misal üçün,Supraklavikular (körpücük sümüyü üstü) yerləşirsə hər zaman təhlükəlidir
2. Müayinə özəlliyi- hərəkətli,ağrılı,üstü qızarmış isə infeksiya mənşəlidir,ağrısız,sərt,hərəkətsiz isə təhlükəli olma riski artır
Aparılması vacib müayinələr;
1.Qan ümumi analiz nəticəsi;
-Eritrosit,leykosit,trombosit aşağıdırsa(pansitopeniya)-bədxassəli
-Leykosit sayı artışı
-LDH,Ferritin,NSE(nonspesifik enolaz),afp, Bhcg artışı
-EÇS yüksəkliyi
-Periferik yaxma-blast hüceyrə artışı
2.İnstrumental müayinələr:
-Ağciyər grafisi
-Ultrasəs müayinə
-Qarın boşluğu Komputer tomografi
-Digər-MRT,Magnit rezonans
3.PPD testi
4.Pişik cırmaqlaması xəstəliyi
5.Böyümüş limfa vəzin biopsiyası--Körpücüküstü böyümə birbaşa göstərişdir.
-2 həftə içində vəz böyüməyə davam edirsə
-4 həftə içində heç kiçilmir,8 həftə içində itməzsə (tam təsdiqini tapmamış kriter???)
Limfa düyünü böyüməsinə bədxassəliliyi düşündürən əlamətlər;
-Qaraciyər Dalaq böyüməsi
-Qızdırma,aşırı tərləmə,çəki itirmə və.s