- 12-yan-2018, 22:47
XƏSTƏ UŞAĞI SOYUQ HAVAYA ÇIXARMAQ OLARMI?
Xəstəliyin kəskin dövründə,uşaqda inadla davam edən qızdırma, öskürək, qusma, qarıngetmə, halsızlıq və.s varsa sadəcə uşağın olduğu otağın havasını tez tez dəyişib, nəmləndirməklə həkimin təyinatını yeri yerində icra etməyə çalışmalısınız.
Lakin uşağın ümumi halı aktivsə,xəstəliyin kəskin dövrünü keçmişsə çox qaçıb yorulmamaq,tərləyib soyumamaq şərtilə,çox adam olmayan bağlarda təmiz havada gəzinti edə bilər.Xüsusən də öskürən uşaqlar üçün hava(nəmli və bol oksigenli) ən yaxşı inhalyasiyadır. Qıcıqlandırıcı,bezdirici öskürəklər açıq havada itir.Qapalı alış veriş mərkəzləri,qapalı uşaq əyləncə mərkəzləri,çox adam olan digər qapalı yerlərə isə uşaqları aparmamağınız məsləhətdir.Uşaqları soyuq havada çölə çıxararkən düzgün geyim qaydalarına da mütləq riayət olunmalıdır.Burun tənəffüsündə problemi olan uşaqlar xüsusilə soyuqda havaya çıxanda ağızla nəfəs aldıqları üçün bu onlara mənfi təsir edə bilər.Havaya çıxmazdan öncə burun tənəffüsünü bərpa etməyi də unutmamalısınız.