REVMATİZM

Revmatizm - ürək-damar sistemini, oynaqları və bəzi digər orqanları zədələyən infeksion-allergik xəstəlikdir. Adətən, uşaq tərəfindən keçirilmiş streptokokk infeksiyası (əksər hallarda “angina” - badamcıqların iltihabı) nəticəsində əmələ gəlir. Bədənin soyuqlaması və uşağın immunitetinin zəifləməsi də xəstəliyin inkişaf etməsində böyük rol oynayır.

Xəstəlik keçirilmiş “anginadan” 2-3 həftə sonra kəskin şəkildə başlaya bilər. Xəstəliyin ilk əlamətləri - yorğunluq, hərarətin qalxması, oynaqların (daha çox diz, topuq və bilək oynaqlarının) ağrılı və şişkin olmasıdır. Revmatizm əleyhinə preparatlar qəbul edildikdən sonra bu simptomlar tezliklə aradan qalxır.

Kəskin revmatizmin təhlükəliliyi ondadır ki, bu zaman ürək əzələlərinin iltihabı - miokardit inkişaf edir. Uşaqlar ürəkdöyüntüsü, təngnəfəslik, ağrılardan şikayət edirlər. Xəstəlik ağırlaşma ilə davam edərsə, endokardit (ürəyin daxili qişasının iltihabı) inkişaf edə bilər ki, bu da son nəticədə uşaqlarda qazanılmış ürək qüsuruna səbəb ola bilər.

Revmatizm - kəskinləşmə (xəstəliyin hücumları, yəni tutmaları) və sakitlik dövrlərinin növbələşməsindən ibarət olan xroniki xəstəlikdir. Hər yeni hücum zamanı ürək daha dərindən zədələnir və sonda qazanılma ürək qüsuru formalaşa bilər.

Beləliklə, revmatizm təhlükəli xəstəlik olub, ağırlaşmaları ilə çox qorxulu hesab edilir. Tez-tez “angina” ilə xəstələnən uşaqlar mütəmadi olaraq kardioloq-revmatoloqun nəzarəti altında olmalıdırlar (ürək qüsurları şəklində fəsadlaşma olmaması üçün).

Revmatizm xəstəliyinin müalicəsinin əsas məqsədi – təzə revmatizm hücumlarının olmaması.

Revmatizm xəstəliyinin profilaktikası (xüsusən ailələrində revmatizm xəstələri olanlarda) çox zəruridir. Bunun üçün uşaqların immunitetini yüksəltmək (immunomodulyatorlar, vitamin kompleksləri, müalicəvi bədən tərbiyəsi, bədənin möhkəmləndirilməsi və s.) lazımdır.

Belə uşaqları soyuqdəymədən, ağır fiziki gərginlikdən qorumaq, orqanizmdə daimi infeksiya ocaqları - karioz dişləri, xroniki tonzilliti (“anginanı”) müalicə etmək lazımdır. Tez-tez keçirilən “angina” (ildə 1 dəfədən artıq) revmatizmə aparan birbaşa yoldur. Uşaqlarda xroniki tonzillitlərin müalicəsini aparmaq, onların orqanizmini möhkəmləndirmək (fizioterapevtik müalicələrin aparılması, immunomodulyatorlardan istifadə edilməsi, soyuq yeməklərin və içkilərin qəbul edilməsinə qadağa qoyulması və s.) lazımdır.

Əgər profilaktik və müalicəvi tədbirlər görməyinizə baxmayaraq uşaq yenə də ildə 3-4 dəfə angina ilə xəstələnirsə, mütləq badamcıqların kəsilməsi barədə pediatr (uşaq həkimi) və LOR (qulaq-burun-boğaz) həkimi ilə məsləhətləşin!
loading...

Körpəmə nə vaxt bal verə bilərəm?

Körpəmə nə vaxt bal verə bilərəm?

 

"ALLERGİK RİNİT" DEYİB KEÇMƏYİN!

"ALLERGİK RİNİT" DEYİB KEÇMƏYİN!

 

UŞAQLARDA OTİT

UŞAQLARDA OTİT

 

UŞAQLARDA MENİNGİT

UŞAQLARDA MENİNGİT

   

Diqqət edək !

Diqqət edək !

 

GÜNÜN MENYUSU:BOL VİTAMİNLİ ŞORBA

GÜNÜN MENYUSU:BOL VİTAMİNLİ ŞORBA

 

UŞAQLARA ÇİYƏLƏK VERƏKMİ ?

UŞAQLARA ÇİYƏLƏK VERƏKMİ ?

 

XƏSTƏ UŞAĞI SOYUQ HAVAYA ÇIXARMAQ OLARMI?

XƏSTƏ UŞAĞI SOYUQ HAVAYA ÇIXARMAQ OLARMI?

 

BANAN ƏZMƏSİ

BANAN ƏZMƏSİ

 

Uşaqlarda göz xəstəlikləri-VİDEO

Uşaqlarda göz xəstəlikləri-VİDEO

 

İlk üç ay uşaqlara necə oyuncaq seçək?

İlk üç ay uşaqlara necə oyuncaq seçək?

 

"Doğru bilinən yalnışlar"haqqında-VİDEO

"Doğru bilinən yalnışlar"haqqında-VİDEO

 

Körpə liderliyində qidalanma

Körpə liderliyində qidalanma

 

UŞAQLARI ŞƏKƏRDƏN UZAQ TUTUN.

UŞAQLARI ŞƏKƏRDƏN UZAQ TUTUN.

 

ANADANGƏLMƏ BUD-ÇANAQ OYNAĞI DİSPLAZİYASI

ANADANGƏLMƏ BUD-ÇANAQ OYNAĞI DİSPLAZİYASI

 

"Balıq yağının immuniteti artırdığı təsdiqlənməyib" - VİDEO

"Balıq yağının immuniteti artırdığı təsdiqlənməyib" - VİDEO

 

ARIQ UŞAQ "XƏSTƏ" , KÖK UŞAQ "SAĞLAM" uşaq deməkdirmi?

ARIQ UŞAQ "XƏSTƏ" , KÖK UŞAQ "SAĞLAM" uşaq deməkdirmi?

   

5 ulduzlu şorba

5 ulduzlu şorba

 

UŞAQLARDA QANAZLIĞI

UŞAQLARDA QANAZLIĞI

 

BANANLI, ARPALI SIYIQ (6+)

BANANLI, ARPALI SIYIQ (6+)

 

BU HALLARDA PEYVƏND VURULMASI QADAĞANDIR

BU HALLARDA PEYVƏND VURULMASI QADAĞANDIR

 

KONDİSİONER MİKROBUNDAN UŞAQLARI UZAQ TUTUN

KONDİSİONER MİKROBUNDAN UŞAQLARI UZAQ TUTUN

 

UŞAĞIN TİMUSU VAR???

UŞAĞIN TİMUSU VAR???

 

Uşaqlarda ən sıx görülən ortopedik problemlər və onların müalicəsi -VİDEO

Uşaqlarda ən sıx görülən ortopedik problemlər və onların müalicəsi -VİDEO

 

"GÜNDƏ BİR ALMA" PRİNSİPİNİ BİLİRSİNİZ ?

"GÜNDƏ BİR ALMA" PRİNSİPİNİ BİLİRSİNİZ ?

 

BALQABAQ PÜRƏSİ

BALQABAQ PÜRƏSİ

 

DƏMİRLƏ ZƏNGİN BU QİDALARI MÜTLƏQ ÖVLADINIZA YEDİRİN

DƏMİRLƏ ZƏNGİN BU QİDALARI MÜTLƏQ ÖVLADINIZA YEDİRİN

 

Göy öskürək və ya Göy öskürəyə bənzər sindromlar

Göy öskürək və ya Göy öskürəyə bənzər sindromlar

 

UŞAĞI BAĞÇAYA GEDƏN ANALAR! DİQQƏT!

UŞAĞI BAĞÇAYA GEDƏN ANALAR! DİQQƏT!

 

8 AYLIQ KÖRPƏ MENYUSU.

8 AYLIQ KÖRPƏ MENYUSU.