• 09-yan-2018, 20:53

Öskürən uşağı hansı halda xəstəxanaya yatırmaq lazımdır?

 


 Həkim uşağı müayinə edir və yatışa gösteriş verirsə,valideyn təşviş və ürəyində şübhə dolu baxışlarla ilk sualı "yatmadan müalicə olmazmı?" olur.Elə hallar var ki,evdə müalicə olmaz.


 Hansı halda uşaq mütləq xəstəxanada yataraq müalicə almalıdır,evdə yox?


 Əgər öskürən uşaqda pnevmoniya -ağciyərlırin iltihabı həm klinik həm də obyektiv müayinə-rentgen ilə təsdiqlənmişsə və aşağıdakı kriterilərə uyğundursa uşaq müalicəni yataraq almalıdır.


 -Uşaq 2 aydan balacadırsa və pnevmoniyası varsa,mütləq yatızdırılmalıdır.


 -2 aydan yuxarı yaşı olan uşaqlar isə aşağıdakı hallarda yatızdırılmalıdır;


 -Nəfəs almaqda çətinlik çəkirsə


 -Taxipnoe varsa (südəmər uşaqda tənəffüs sayı dəqiqədə 70 dən çoxdursa,böyük uşaq dəqiqədə 50 dən çoxsa)


 -Hipoksemiyası varsa(SpO2 92% aşağıdırsa)


 -Şüur pozğunluğu varsa


 -Uşaq ağızdan qidalana bilmir


 -Uşaqda yanaşı olaraq susuzlaşma/önəmli miqdarda qusma varsa


 -Uşaqda toksik görünüm varsa


 -İçmə antibiotiklərlə effekt alınmamışsa,evə yazılmış müalicədən effekt alınmamlşsa


 -Ağciyər grafisində ağciyərin 1 neçə payında iltihab varsa,geniş atelektaz,abses,pnevmotosel,plevrada maye varsa


 -Sürətli radioloji pisləşmə varsa


 -Müalicə uyumsuzluğu(Ana Atanın müalicəyə uymaması


 -Sosial göstəriş(Ailənin evdə uşağa baxma şəraitinin yetərsiz olması)


 Sadalanan hallar xaric,öskürən uşaq evdə müalicə edilə bilər.Evdə..Bağçada yox.Resept və dərmanlarla müalicə alan uşaqları bağçalara göndərməyin.Bu uşağın ağırlaşma ehtimalını artırır.



loading...

Həmçinin oxuyun